Bu barədə “Bloomberg” məlumat yayıb.
Ekspertlər öz mənbələrinə istinadən bildirib ki, Hindistanın baş nazirinin bu qərarı Putinin Ukraynaya qarşı nüvə silahından istifadə ilə bağlı hədələrindən sonra baş verib.
“Hindistan və Rusiya arasında əlaqələr möhkəm olaraq qalır, lakin bu mərhələdə dostluq nümayişi Modi üçün faydalı olmaya bilər”– adının açıqlanmasını istəməyən mənbəyə istinadən bildiriblər.
Qeyd edək ki, Hindistan və Rusiya liderlərinin münasibətləri strateji tərəfdaşlıq kateqoriyasına keçdiyi 2000-ci ildən bu yana iki ölkə liderlərinin görüşünün ləğvi ikinci dəfə baş verib. Bundan əvvəl ənənəvi sammit 2020-ci ildə pandemiya səbəbindən ləğv edilmişdi.
Sonda jurnalistlər qeyd ediblər ki, Rusiya açıq şəkildə Hindistanı Ukraynanın işğalı ilə bağlı beynəlxalq tənqidlərə qoşulmayan və ticarətin artırılmasına can atan əsas ölkə adlandırıb. Sanksiyalar Rusiyanın ABŞ və Avropa ilə ticarət kanallarını tamamilə kəsib.
Xatırladaq ki, sentyabrın sonunda ABŞ prezidenti Co Bayden administrasiyası Çin və Hindistan rəhbərliyinə müraciət edərək, prezident Putinə nüvə silahından istifadə ideyasından əl çəkməyə təsir göstərməyə çağırıb. Öz növbəsində Hindistanın xarici işlər naziri Subramanyam Caişankar BMT-də çıxışı zamanı bildirib ki, Ukrayna münaqişəsində nüvə problemi xüsusi narahatlıq doğurur.
Beynəlxalq sanksiyalar fonunda Hindistanın iki ən böyük neft emalı zavodu dekabrın 5-dən Rusiya xammalından imtina edib. “Bloomberg”in məlumatına görə, “Indian Oil Corporation” və “Bharat Petroleum Corporation Limited” (BPCL) zavodları ikinci dərəcəli sanksiyaların tətbiqindən ehtiyat edərək Rusiya ilə əməkdaşlığı dayandırıb.sfera.az