Xəbər lenti
Məşhur idmançı ilə dəyişdirilən “ölüm taciri” kimdir - DOSYE
Rusiyada həbs edilmiş amerikalı basketbol ulduzu Britni Qriner azadlığa buraxılıb. ABŞ bunun müqabilində rusiyalı silah baronu Viktor Butu azad edib. Butun olduğu təyyarə təxminən 30 dəqiqə əvvəl Abu Dabidən havaya qalxıb. O, xüsusi təyyarə ilə uçur və bir müddət sonra Moskvanın "Vnukovo-2" hava limanına enəcək.
Manevr.az modern.az-a istinadən bildirir ki, Viktor But dünyanın ən məşhur silah alverçilərindən biridir. O, silah qaçaqmalçılığı, qeyri-qanuni ticarətlə məşğul olub.
"Ölüm taciri" ləqəbini daşıyan But 1990 və 2000-ci illərdə Afrikada, Cənubi Amerikada və Asiyada qiyamçılara, qeyri-qanuni dəstələrə, sanksiya altında olan dövlətlərə silah satıb. Birləşmiş Ştatlar 1990-cı illərin sonunda Viktor Butla bağlı araşdırmalara başlayıb. O,2000, 2005 və 2006-cı illərdə BMT Təhlükəsizlik Şurasının, Beynəlxalq Amnistiya Təşkilatının və ABŞ Dövlət Departamentinin hesabatlarında BMT sanksiyalarından yayınaraq Afrikaya ən böyük silah tədarükçülərindən biri kimi qeyd edilib.
2008-ci ildə ABŞ kəşfiyyatçıları Butla əlaqə quraraq özlərini Kolumbiyanın FARC partizanı kimi təqdim ediblər və 100 ədəd zenit raketinə ehtiyac olduğunu deyiblər. O, alış-verişin baş tutacağı Tailandda yerli polislər tərəfindən həbs olunub.
Keçmiş SSRİ ordusunun zabiti olan Viktor But daha sonra ABŞ-a ekstradisiya edilib. Mayın 6-da ABŞ ona qarşı qeyri-qanuni silah alveri, Amerika vətəndaşlarına sui-qəsd və terrorçulara maddi yardım göstərmək ittihamları irəli sürüb. Amerika məhkəməsi ona 25 il həbs cəzası verib.
2019-cu ildə Moskva Butun Rusiyada cəza çəkən 15 ABŞ vətəndaşı ilə dəyişdirilməsini təklif etsə də, Amerika tərəfi bundan imtina edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar