Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Özbəkistan Rusiyanın “üçlü qaz ittifaqı”ndan İMTİNA ETDİ

Tarix: 08-12-2022 12:58     Baxış: 3205 A- / A+

Özbəkistan Rusiyanın “üçlü qaz ittifaqı”ndan İMTİNA ETDİ


Özbəkistan Rusiya ilə kommersiya qazı müqavilələri imzalamağa hazırdır, lakin "qaz ittifaqı"na daxil olmaq niyyətində deyil.
 
Manevr.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Özbəkistan rəsmilərinin  açıqlamalarında bildirilib.

Özbəkistanın baş nazirinin müavini və energetika naziri Jorabek Mirzamaxmudov deyib ki, “Rusiya ilə qaz müqaviləsi bağlansa belə, bu, müttəfiqlik demək deyil”. Onun sözlərinə görə, Moskva və Daşkənd qonşu Qazaxıstan vasitəsilə Rusiya qazının tədarükü ilə bağlı danışıqlar aparır, lakin "bu, texniki müqavilə olacaq".

“Tələbi ödəmək, daxili istehlakı təmin etmək və problemi aradan qaldırmaq üçün bu gün biz qaz və elektrik enerjisinin hansısa ittifaq yolu ilə deyil, qonşu ölkələrdən idxalı ilə bağlı danışıqlar aparırıq. Biz burada enerji şəbəkələrimizin ötürülməsi yolu ilə deyil, kommersiya müqaviləsi, alqı-satqı əsasında əməkdaşlıq etmək üçün milli maraqlar əsasında danışıqlar aparırıq”, - deyə Mirzəmaxmudov bildirib .
 
İlk dəfə olaraq Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev noyabrın 28-də Rusiyanın baş naziri Mixail Mişustinlə görüşdə ölkələr arasında “üçlü qaz ittifaqı” yaratmaq təşəbbüsünü açıqlayıb. Daha sonra o, təşəbbüsün Rusiya lideri Vladimir Putinə məxsus olduğunu qeyd edib.
“Vladimir Vladimiroviç dedi ki, biz bir növ üçtərəfli birlik yaratmalıyıq. O, bununla bağlı Özbəkistan prezidentinə zəng vurmağa hazırlaşır. Biz də bu mövzunu dərinləşdirməliyik”, - Tokayev bildirib.
“Reuters”in qeyd etdiyi kimi, soyuq qış fonunda Özbəkistan yanacaq qıtlığı yaşayır. Ölkə rəhbərliyi əhalinin və iqtisadiyyatın enerji resursları ilə təmin edilməsi sahəsindəki problemləri həll etmək üçün təbii qaz, elektrik enerjisi, kömür və mazutun alınması ilə bağlı digər ölkələrlə danışıqları intensivləşdirməyi qərara alıb./Modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar