Xəbər lenti
Türkiyə-Ermənistan arasında quru keçid yolu açılır? - Proses başladı
Türkiyə və Ermənistan arasında birbaşa uçuşlar bərpa olundu. Artıq yüklərin təyyarələrlə daşınması üçün işlər görülür. Eyni zamanda Alican sərhəd keçid məntəqəsinin açılışı üzərində də mütəxəssislər çalışır.
Manevr.az hurriyet.com.tr-yə istinadən bildirir ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşma prosesi ehtiyatlı addımlarla davam edir.
Türk saytının əldə etdiyi məlumata görə, yük təyyarələrinin uçuşlarının başlanması üçün işlər başa çatıb. İddia edilir ki, iki ölkə arasında uçuşlar 2022-ci ilin sonundan başlayacaq. Beləliklə, Gürcüstan üzərindən Ermənistanda aparılan türk malları artıq birbaşa hava yolu ilə bu ölkəyə göndəriləcək.
Üzərində çalışılan digər məsələ isə Alican sərhəd keçid məntəqəsinin açılması və üçüncü ölkə vətəndaşlarının iki ölkə arasında səyahət etməsinə icazə verilməsidir. Lakin yolda 128 metr uzunluğunda körpü var. Təhlükəsiz keçid üçün bu körpünün təmirə ehtiyacı var. Mövzu ilə bağlı bir neçə həftə əvvəl ekspertlər səviyyəsində görüş keçirilib. Lakin bölgədə qışın sərt keçməsi ilə əlaqədar bununla bağlı konkret addımların bir qədər vaxt aparacağı gözlənilir.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar