Xəbər lenti
Bayden Ukraynanı kaset sursatları ilə təmin etməyi düşünür - CNN
Ukrayna ABŞ-dan kaset sursatları verməsini istəyib. Konqresin ABŞ-ın kaset sursatlarının başqa ölkəyə verilməsinə qoyduğu qanunvericilik məhdudiyyətləri səbəbindən bu təklif hələ də ciddi şəkildə nəzərdən keçirilməyib.
Manevr.az xəbər verir ki, "CNN"in əldə etdiyi məlumata görə, Bayden administrasiyasının yüksək səviyyəli rəsmiləri bu tələbi bir neçə ay nəzərdən keçirdilər və qəti şəkildə rədd etməyiblər.Ehtimal olunur ki, qərb anbarlarında sursat ehtiyatları tükəndikdə, onar kaset sursatları ilə əvəz ediləcək.
Nəşr qeyd edir ki, Ukrayna üçün kassetli sursatlar iki əsas problemi həll edə bilər: ABŞ və digər ölkələrin təmin etdiyi artilleriya, həmçinin raket sistemləri üçün daha çox sursata ehtiyac və Rusiyanın artilleriyadakı say üstünlüyünü azaltmaq üçün bir vasitədir.
Eyni zamanda, nəşrin mənbələrinə görə, Konqresin ABŞ-ın kaset sursatlarını verməsi imkanlarına qoyduğu qanunvericilik məhdudiyyətləri səbəbindən bu təklif hələ də ciddi şəkildə nəzərdən keçirilməyib.
Prezident Co Bayden bu məhdudiyyətdən yan keçə bilər, lakin administrasiya ukraynalılara bunun tezliklə mümkün olmadığını bildirib: "Ukraynanın müharibənin indiki və gələcək mərhələlərində uğur əldə etmək qabiliyyəti heç bir halda onların bu sursatları əldə etməsindən asılı deyil və ya onunla əlaqəli deyil", - konqresmenin köməkçisi bildirib.
ABŞ "DPICMs" kimi tanınan təkmilləşdirilmiş ikili təyinatlı adi döyüş sursatlarını alternativ "M30A1" döyüş başlığı ilə əvəz edir. "M30A1"də 180.000 kiçik volfram polad parçası var ki, onlar zərbə zamanı parçalanır və yerdə heç bir partlamamış hərbi sursat buraxmır. Ukrayna rəsmiləri isə deyirlər ki, hazırda ABŞ-ın anbarında olan "DPICM" döyüş meydanında Ukrayna hərbçilərinə əhəmiyyətli dərəcədə kömək edə bilər - "M30A1"dən daha çox.
Fevralın 24-də Rusiyanın tammiqyaslı işğalının ilk günlərindən həm ukraynalılar, həm də ruslar kaset bombalarından istifadə ediblər. Lakin ruslar onlardan parklar, klinikalar və mədəniyyət mərkəzi də daxil olmaqla mülki hədəflərə qarşı istifadə ediblər. Rusiyanın bu sursatlardan, o cümlədən 300 mm-lik “Smerç” kasetli raketlərindən futbol meydançası böyüklüyündə əraziyə 72 sursat atmağa qadir olduğu Ukraynanın onlarla regionunda, o cümlədən Xarkovda istifadəsi qeydə alınıb.
Nə ABŞ, nə də Ukrayna mülki vətəndaşlar üçün potensial risk səbəbindən bu cür kaset bombalarının istifadəsini, istehsalını və yığılmasını qadağan edən Kasset bombaları haqqında Konvensiyanı imzalamayıb.
Lakin ABŞ 2016-cı ildə onları mərhələli şəkildə ləğv etməyə başlayıb. Çünki onların döyüş meydanında partlamamış qalması fatına tez-tez rast gəlinir ki, bu da, mülki əhali üçün təhlükə yarada bilər.bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar