Xəbər lenti
Avropa İttifaqı Kadırovun qızlarına qarşı sanksiyalar hazırlayır
Avropa İttifaqı Çeçenistan lideri Ramzan Kadırovun qohumlarını Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketinə daxil etməyi planlaşdırır. Sanksiya siyahısına onun iki qızı və digər qoyumları da daxil ediləcək.
Manevr.az xəbər verir ki, bu barədə "Bild” qəzeti yazır.
Qəzet qeyd edir ki, Kadırovun qohumlarının Avropadakı hesabları bloklana və ölkəyə girişi qadağan edilə bilər. Onun sözlərinə görə, qərar bu gün Brüsseldə veriləcək.
Sözügedən çeçen liderinin qızlarından biri də Ayşətdir. Onun 23 yaşı var və o, Çeçenistan Respublikasının Mədəniyyət Nazirliyinə rəhbərlik edir. Ayşət həm də "Firdaws” moda evinin sahibidir.
Avropa İttifaqı Kadırovun özünü 2014-cü ildə Krımın qanunsuz ilhaqını və Ukraynadakı silahlı üsyanı dəstəklədiyinə görə sanksiya siyahısına daxil edib. 2017-ci ildə ABŞ Çeçenistan rəhbərinə qarşı sanksiyalar tətbiq edib: o, "məhkəmədən kənar edamlar, işgəncələr və insan hüquqlarının digər ciddi pozuntularına” görə "Maqnitski siyahısı”na daxil edilib.
2020-ci ildə ABŞ Kadırovun ailə üzvlərinə - onun həyat yoldaşı Medni Kadırova, eləcə də qızları Ayşət Kadırova və Xədizat Kadırovaya qarşı sanksiyalar tətbiq edib. Onların hamısına ABŞ-a giriş qadağan edilib. 2022-ci ilin sentyabrında isə Kadırov və ailəsi SDN siyahısına daxil edilib, yəni onlara qarşı bloklayıcı sanksiyalar tətbiq edilib.qaynarinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar