Xəbər lenti
8 aylıq körpə dayanmadan yeyir: 17 kilo olub – FOTOLAR
Chahat adlı bu uşaq hazırda 8 aylıqdır və 17 kilodur. Bu isə dörd yaşlı uşağın normal çəkisinə bərabərdir.
Ailem.az-ın xarici mediaya istinadən məlumatına görə, Chahat Hindistanın Pəncab əyalətində dünyaya gəlib. Qızcığaz doğulanda normal çəkidə olub. Lakin sonradan çəkisi normadan artıq çoxalmağa başlayıb. Buna səbəb isə uşağın durmadan yemək yeməsidir. Körpənin davamlı yemək yemə arzusuna nəyin səbəb olduğu məlum deyil. Həddən artıq kök olduğundan Chahat nəfəs almaqda və yatmaqda da çətinlik çəkir.
Anası Reena Chahatdan əvvəl bir oğlan övladını doğuş zamanı itirib. O, qızını da itirmək istəmir. Lakin Chahata yemək verilmədikdə ağlayır. Körpə normal uşağın yeməyindən təxminən dörd dəfə çox yeyir. Bu isə olduqca təhlükəlidir. Valideynləri uşağın müalicəsi üçün kömək istəyir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar