Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Putin özünü Pyotrla müqayisə edir və məqsədi... - Şok iddia

Tarix: 08-12-2022 11:26     Baxış: 4259 A- / A+


Rusiya lideri Vladimir Putin şərait yaradır ki, Ukraynada müharibə, ardınca işğalda saxlamaq prosesi uzun çəksin.
Manevr.az xəbər verir ki, Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri bu qənaətə gəliblər.
Vətəndaş cəmiyyətinin inkişafı və İnsan Haqları Şurası ilə görüşü zamanı Putin deyib ki, Rusiyada “xüsusi əməliyyat” adlandırılan Ukrayna müharibəsi uzun proses ola bilər və yeni ərazilər Rusiya üçün mühüm nəticədir.
Bundan əlavə, analitiklər qeyd ediblər ki, bu görüşdə Putin özünü rus çarı Böyük Pyotrla müqayisə edib və Rusiyanın hazırda çarın mübarizə apardığı Azov dənizinə nəzarət etdiyini bəyan edib:
“Rusiya imperiya tarixinə bu istinad Putinin Ukraynadakı hazırkı məqsədlərini açıq şəkildə imperialist və hələ də maksimalist kimi təsvir edir. Putin Rusiyanın daxili auditoriyasını Ukraynada uzun sürən, yorucu müharibəyə hazırlayır, məqsədi Ukraynanın yeni ərazilərinin zəbt edilməsidir.
Putinin imperialist bəyanatları müharibənin uzanmasına əlavə şərait yaradır. Analitiklər Rusiyanın informasiya məkanının onları müsbət qəbul etdiyini qeyd ediblər. Putinin açıqlamalarını şərh edən rusiyalı bloqçulardan biri Ukraynanı Suriya ilə müqayisə edərək qeyd edib ki, rus qoşunları döyüş meydanında qələbələri əməliyyatın başlanmasından yalnız illər sonra hiss etməyə başlayıb.
Görünür, Putin hücum əməliyyatlarını qısa müddətə dayandırmaqla, hətta Rusiya imperiyasının bu və ya digər formada bərpası da daxil olmaqla, getdikcə daha çox aydınlaşdırdığı məqsədlərindən geri çəkilməklə, daxili impulsunu itirmək riskinə girmək istəmir".teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar