Xəbər lenti
İran Ermənistana iki il dözdü, sonra isə... - Manvelyan

Bunu erməni ekspert Armen Manvelyan deyib.
“Fakt budur ki, İrandan yüklərin daşındığı əsas Gorus-Qafan yolu Azərbaycanın nəzarətinə keçib. Erməni tərəfi Tatevdən keçən alternativ yol çəkib. Yeni yol keyfiyyətsizdir və bu da yükdaşımalarda müəyyən narahatlıqlar yaradır.
Ermənistan hakimiyyəti İran yüklərinin daşınması üçün rüsumlar tətbiq edib, hansı ki, əvvəllər nə İran, nə də Ermənistan tərəfi tətbiq edirdi.
Ermənistanın hazırkı hakimiyyət orqanları İran mallarına gömrük rüsumları tətbiq etdikdən sonra İran iki il gözlədi və sonra Ermənistan üçün də gömrük rüsumları tətbiq etdi”, - ekspert bildirib.
Manvelyanın sözlərinə görə, bütün bunlar iki ölkə arasında münasibətlərə mənfi təsir göstərib:
“Bu gün bir çox erməni yükdaşıyıcıları İranla sərhəddə yüksək gömrük rüsumlarından şikayətlənir, lakin bütün suallar öz uzaqgörən qərarları ilə hazırkı vəziyyətə gətirib çıxaran Ermənistan hakimiyyətinə ünvanlanmalıdır”. axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar