Xəbər lenti
İranda azərbaycanlı ailəyə ağır cəza - Tanınmış həkim edam ediləcək

İranda azərbaycanlı ailəyə edam və ağır həbs cəzası verilib.
BBC farsi xəbər verir ki, Kərəcdə yaşayan və noyabrın 4-də həbs edilən azərbaycanlı ziyalı və rentgenoloq, 53 yaşlı Həmid Qarahəsənli etiraz aksiyalarında SEPAH-a bağlı yarımhərbi və radikal Bəsic qüvvələrinin üzvünün öldürülməsi işinə görə edama məhkum edilib.
Məhkəmə həmçinin Həmid Qarahəsənli ilə bərabər daha 4 nəfərin də edamına qərar verdiyini açıqlayıb.
Onun xanımı kardioloq Fərzanə Qarahəsənliyə isə 25 il həbs cəzası verilib.
Qeyd edək ki, azərbaycanlı cütlük sentyabrın 23-də Kərəcdə keçirilən aksiyalar zamanı hökumət qüvvələri tərəfindən güllələnərək öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasiminə qatıldıqlarına görə evlərində tutulub. Sonradan onlara qarşı ağır ittihamlar irəli sürülüb./mətbuat.az
Manevr.azMəhkəmə həmçinin Həmid Qarahəsənli ilə bərabər daha 4 nəfərin də edamına qərar verdiyini açıqlayıb.
Onun xanımı kardioloq Fərzanə Qarahəsənliyə isə 25 il həbs cəzası verilib.
Qeyd edək ki, azərbaycanlı cütlük sentyabrın 23-də Kərəcdə keçirilən aksiyalar zamanı hökumət qüvvələri tərəfindən güllələnərək öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasiminə qatıldıqlarına görə evlərində tutulub. Sonradan onlara qarşı ağır ittihamlar irəli sürülüb./mətbuat.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar