Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənistanla İranı birləşdirən yeganə yol bağlandı

Tarix: 07-12-2022 16:17     Baxış: 4238 A- / A+

Ermənistanla İranı birləşdirən yeganə yolda yüzlərlə maşın qalıb.
Manevr.az xəbər verir ki, bu barədə Ermənistan FHN məlumat yayıb.
Bildirilib ki, Tatev-Çertov körpüsündə İrana məxsus yük maşını yolun buz bağlaması səbəbindən sürüşərək, hər iki istiqamətdə hərəkəti bağlayıb. Hazırda yüzlərlə maşın tıxacdadır.
Qeyd edək ki, bu yol Gorus-Qafan yolunun alternatividir. Yolun Azərbaycan ərazisindən keçən hissəsini Bakı öz nəzarətinə götürəndən və yolda sərhəd-keçid və gömrük nəzarəti tətbiq edəndən sonra ermənilər daha ensiz, təhlükəli döngələrlə olan və məsafəni bir neçə dəfə uzadan Tatev yolunu istifadəyə verməyə çalışdılar.
Azərbaycana rüsum ödəməmək və daşıdıqları malları Azərbaycan gömrükçülərindən gizlətmək üçün İran yük maşınları Eyvazlı keçid məntəqəsindən yayınmağa cəhd edir. Dar və sərt döngəli, yük maşınları üçün qətiyyən əlverişli olmayan alternativ yol isə çox vaxt İran TIR-larına fəlakət yaşadır, vaxtaşırı olaraq ciddi qəzalar baş verir.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar