Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənilər sülhməramlıların komandirini öldürməklə hədələdilər - ŞƏKİL

Tarix: 07-12-2022 14:40     Baxış: 3222 A- / A+

Erməni millətçiləri Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri general Volkovu öldürməklə hədələyiblər.
Manevr.az xəbər verir ki, radikal erməni millətçiləri Andrey Volkovun sülhməramlıların Azərbaycan yer adlarından istifadə etdiyini bildirdiyi müsahibəsindən narazılıqlarını bildiriblər. Onlar generala eyham vurublar ki, Rusiya Baş nazirinin müavini Polyaniçko Şimali Osetiyada bir qrup erməni silahlısının ona hücumu nəticəsində həlak olub və bu, onu da gözləyə bilər.

Qeyd edək ki,  Polyaniçko 1988–1991-ci illərdə Azərbaycan Kommunist Partiyasının ikinci katibi vəzifəsində çalışıb. 1990-cı ildə Qarabağda təşkil olunan xüsusi komitənin başçısı təyin olunub. Azərbaycanlılar bu dövrdə Viktoru erməniləri dəstəkləməkdə, ermənilər isə onu azərbaycanlıları dəstəkləməkdə ittiham edirdilər. Xankəndidə işlədiyi dövrdə ona qarşı ermənilər tərəfindən bir neçə sui-qəsd təşkil olunub.
1991-ci ilin avqust ayında Moskvada baş verən və uğursuzluğa uğrayan hakimiyyət çevrilişinə cəhddən sonra Viktor Polyaniçko bütün vəzifələrini itirir və Moskvaya qayıdır. İl yarımdan sonra Polyaniçko Yeltsinin əmri ilə Şimali Osetiya və İnquşetiyaya müvəqqəti canişin təyin olunub.
Viktor Polyaniçko 1 avqust 1993-cü ildə Şimali Osetiyada öz xidməti maşınında inquş döyüşçülərinin rəhbərləri ilə görüşə gedərkən hücuma məruz qalıb və güllələnərək öldürülüb./konkret.az

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar