Manevr.az sfera.az-a istinadən bu günə qədər tarixi şəxsiyyətlərin bədən üzvlərinin kəsilib saxlanılması, hərraca çıxarılması ilə bağlı məlumatları təqdim edir.
1827-ci ildə Bethovenin ölümündən sonra həkimlər kar bəstəkarın qulağı üzərində işləmək istəyirdilər. Ancaq yarılma zamanı çıxarılan qulaq sümükləri oğurlanır. Bir işçi tərəfindən oğurlandığı düşünülən sümüklər xarici həkimə satılır.
Həmin gündən sonra qulaq sümüklərini tapmaq mümkün olmayıb. 2005-ci ilə qədər Bethovenin kəlləsi dəyişdirilərkən Vyanalı bir ailə sümüklərin onlarda olduğunu deyirdi. Nəsildən-nəslə ötürülən sümüklər nəhayət tapılıb və bu gün Kaliforniya San Xose Dövlət Universitetində saxlanılır.
2. Eynşteynin beyni.
20-ci əsrin ən böyük dahilərindən biri olan Eynşteynin beyni, dühasının sirrini açmaq üçün ölümündən sonra tədqiq edilmək üçün çıxarılır. İlk işdən sonra beyin yox olur və heç kim onun hara getdiyini bilmir.
1978-ci ildə Dr. Thomas Stoltz Harvey beyni tapır və üzərində işləyir. 2010-cu ildə beyin Milli Sağlamlıq və Tibb Muzeyinə verilib.
3. Qalileonun orta barmağı.
İntibah dövrünün italyan alimi və riyaziyyatçısı Qalileo Qalileinin orta barmağı 95 yaşında ölümündən sonra amputasiya edilib. Əsrlər boyu dövriyyədə olan barmaq bu gün Florensiya Tarix və Elm Muzeyində sərgilənir.
4. Rasputinin cinsiyyət orqanı.
Rasputin naməlum, çar ailəsinin tərbiyəçisi, ruhani və seks mütəxəssisi (!) 1916-cı ildə zəhərlənərək, bıçaqlanıb, güllələnib və nəhayət boğularaq öldürülüb. (Dəfələrlə ölüm xəbərindən sonra sağ qaldığı üçün insanlar onun ölümsüz olduğuna inanırdı və cadugərliklə məşğul olduğu deyilirdi) Rasputinin cinsiyyət orqanı ölümündən sonra müəmmalı şəkildə kəsilib.
1920-ci illərdə bir qrup rus qadını tərəfindən qurulan bir kultda ibadət edilərkən tapılan cinsiyyət orqanı onun bacısı tərəfindən götürülüb. Bu gün Sankt-Peterburqdakı Rus Erotik Muzeyində sərgilənir.
5. Napoleonun cinsiyyət orqanı.
İddiaya görə, 1821-ci ildə yarılma zamanı həkim tərəfindən kəsilib. 1916-cı ilə qədər həkimdən xəbər yox idi. 1970-ci ildə amerikalı uroloq Con Kinqsli Lattimer 3000 dollara Napoleonun cinsi orqanından qalanı əldə edib.
İddia olunur ki, Hitlerin cinsiyyət orqanını da rus əsgəri alıb, məşhur simaların cinsiyyət orqanlarına bu marağın olmasının bir səbəbi niyə var? O suala hələ də cavab tapılmayıb.
6. Buddanın dişi.
Buddizmin banisi Qautama Buddanın ölümündən və cəsədinin 6-cı əsrdə yandırılmasından sonra diş müqəddəs bir xatirə kimi saxlanılıb. Bu gün Şri Lankanın Kandi şəhərində sərgilənir.
7. Tomas Edisonun son nəfəsi.
Düzdür, bu, texniki cəhətdən bədən hissəsi deyil, amma adamlar onu hələ də saxlayır. Tomas Edisonun son nəfəsinin Henri Ford Muzeyində sərgilənən sınaq borusunda olduğu iddia edilir.
Ford və Edison yaxın dost idilər və Edison həyatının son illərini Fordla keçirib. 1947-ci ildə ölməzdən əvvəl Henri Ford Edisonun oğlundan atasının son nəfəsini almasını xahiş etdi. Onun bunu edib-etmədiyini dəqiq məlum deyil, amma bunu göstərirlər.
8. Abraham Linkolnun sümükləri.
O, öldürüldükdən sonra həkimlər dövrün şərtləri altında əllərindən gələni etdilər, lakin Linkolnu xilas edə bilmədilər. Həkimlər onun kəlləsinə dəyən gülləni çıxarmağa çalışıblar, nəticədə Linkolnun kəllə sümüyünün parçaları qırılıb.
Qərara alınıb ki, bu parçaları saxlasınlar və elə də ediblər. Beyin bu gün də ABŞ Milli Sağlamlıq və Tibb Muzeyində saxlanılır.
9. Çe Quaveranın saçları.
1967-ci ildə Boliviya cəngəlliklərində öldürüldükdən sonra gizli CIA agenti Çenin saçından bir tutam götürüb. Çenin bədənindən çıxarılan barmaq izləri, qurğuşun və tüklər 119 500 dollara hərraca çıxarılıb. Onları alan Che fan kitab mağazası həmin şeyləri Hyustondakı mağazasında nümayiş etdirir.
10. Benito Mussolininin beyni.
1945-ci ildə edam edilən Mussolininin beyni üzərində işləməyi ABŞ hökuməti tələb edib. 1966-cı ildə, ölümündən 21 il sonra beyninin bir hissəsi dul arvadı Rachele Mussoliniyə qaytarılıb. 2007-ci ildə eBay-də hərraca çıxarılan beyin 22 min dollara alınıb.