Xəbər lenti
Amerika Türkiyə sərhədində “Kürdüstan” dövləti yaradır
Tanınmış politoloq: “Qorxulu tendensiyadır, dünya üçün təhlükədir; bu, ABŞ-la razılaşdırılıb”
Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani Almaniya Xarici İşlər naziri Ziqmar Qabriellə birgə keçirilən mətbuat konfransında Kürdüstanın müstəqilliyi üçün referendum keçirilməsinə qərar verdiklərini bəyan edib. Kürd lider referendum tarixinin müəyyən edilməsi və müvafiq hazırlıqların aparılması üçün komissiya yaradılması işlərinə başlanıldığını bildirib:
“Bu qərarımızı tənqid edənlər hələ ki, referendumun nə demək olduğunu anlamayıblar. Referendum prosesi zamanı Bağdad başda olmaqla, bütün lazımi tərəflərlə əlaqədə olacağıq. Zorakılığa meyl edilməyəcək”.
Bərzaninin bu bəyanatı verdiyi gün Vaşinqton bəyan edib ki, ABŞ Şimali İraq Kürd Muxtariyyətinə 300 milyon dollar dəyərində silah, sursat yardım edəcək.
Baş verənləri və Kürdüstan dövlətinin elan edilməsinin bölgəni necə etkiləyəcəyini şərh edən politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, hələ Barak Obama hakimiyyəti zamanında vitse-prezident Co Bayden Kürdüstanın müstəqilliyi barədə açıq şəkildə vəd vermişdi. Bu da mediada geniş əks-səda doğurmuşdu, Türkiyənin və rəsmi Bağdadın etirazına səbəb olmuşdu. Son proseslər isə onu göstərir ki, məsələ artıq çox ciddiləşib: “Artıq Məsud Bərzani şimali İraq ərazilərində müstəqilik referendumu keçirmək istəyir. Bu, məncə, ABŞ-la razılaşdırılıb. Üstəlik bir sıra mühüm Avropa dövlətləri ilə də razılışadırıldığını söyləmək olar. Almaniya ilə Türkiyə arasında münasibətlər son zamanlar xeyli pisləşib. Hollandiya və Avstriya ilə də münasibətlər yaxşı deyil. ABŞ-la da AKP iqtidarı münasibətləri korlayıb. Münasibətlərin pisləşməsinə gediləndə sanki bunun aqibəti haqqında düşünülməyib. Nəzərə almaq lazım idi ki, bu bölgənin taleyində ruslardan çox rol oynayan dövlətlər var və bu dövlətlər Türkiyə üçün ciddi problemlər yarada bilər. İndi həmin problemlərin yaradılmasına başlayıblar”.
Politoloq dedi ki, Türkiyənin sərhədində müstəqil kürd dövlətinin yaradılmasının ən ciddi zərbəsi Türkiyəyə dəyə bilər. Türkiyənin şərq bölgələrində kompakt yaşayan kürdlər gələcəkdə həmin müstəqil kürd dövlətinə birləşmək üçün hərəkətə keçə bilərlər: “Kürdüstan dövlətinin yaradılması bölgəni çox ciddi təlatümlərə gətirəcək. Müstəqil kürd dövlətinin yaradılması yaxın Şərqdə arzu olunan ideya deyil, bu, separatçılıq hərəkəti kimi qarşılanacaq. Çünki yaxın Şərqdə ərazilərin yenidən düzənləndirilməsi prosesinə başlanması ərəb dövlətlərinin hamısının, o cümlədən də Türkiyənin, İranın ciddi etirazına səbəb olacaq. Bu, bir barıt çəlləyinə bənzəyir və bu barıt çəlləyi ayrı-ayrı iri dövlətlərin əlində başqa dövlətlərə qarşı, o cümlədən Türkiyəyə qarşı istifadə olunacaq.
Bu məsələyə ABŞ hə deyə bilər, amma 26 ərəb dövlətinin heç biri, Türkiyə, İran buna hə deməyəcək. Ona görə də bu məsələ ətrafında bölgədə böyük bir müharibə vəziyyəti yarana bilər. İndi Ərdoğanın Trampla görüşü planlaşdırılır. O görüşdə yəqin ki, Kürdüstan məsələsi öncəlik kəsb edən məsələ kimi müzakirə mövzusu olacaq. Yəqin ki, Ərdoğan nəhayət Fətullah Gülən məsələsini deyil, Türkiyə üçün daha ciddi təhlükə kəsb edən müstəqil kürd dövlətinin yaranması məsələsini ön plana çəkəcək".
Politoloq deyir ki, bölgədə yeni bir dövlətin yaranması bütün dövlətləri çalxalayacaq, hətta dünya üçün yeni problemlər yaranacaq: “Olduqca qorxulu tendensiyadır. Müstəqil kürd dövlətinin yaranması bölgədə yeni ittifaqların, məsələn, Türkiyə-Səudiyyə Ərəbistanı-İraq-Misir ittifaqının yaranmasına gətirib çıxara bilər. İraq hətta silahlı yolla müqavimət edəcək.
Kimlərsə düşünə bilər ki, ABŞ İraqın və digər adını çəkdiyim dövlətlərin etirazını yatırdacaq. Ancaq bu, heç də asan məsələ deyil. ABŞ bölgədən xeyli uzaqda yerləşən bir dövlətdir. Bölgədəki sadaladığım dövlətlərə təzyiq yolu effektli yol olmaz. Təzyiqlə istənilən nəticəni almaq mümkün deyil. Təzyiq olsa bütün bölgədə Suriyadan betər bir vəziyyət yarana bilər".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar