Ukraynanın Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın nüfuzlu “Financial Times” qəzeti tərəfindən “İlin adamı” seçilib.Manevr.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə qəzetin saytında yayılan açıqlamada bildirilir.
“O, Rusiya təcavüzünə qarşı Ukrayna xalqının cəsarət və dözümlülük təcəssümü, avtoritarizmlə mübarizədə isə demokratik dünyanın flaqmanı oldu”, - nəşr yazır.
Qeyd edək ki, ötən il “İlin adamı” “Twitter”in sahibi, amerikalı sahibkar və milyarder İlon Mask olmuşdu.