Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

İlon Maskdan SƏS-KÜYLÜ İDDİA: “Məni öldürə bilərlər”

Tarix: 05-12-2022 16:02     Baxış: 3196 A- / A+
İlon Maskdan SƏS-KÜYLÜ İDDİA: “Məni öldürə bilərlər” 
İş adamı İlon Maskın yeni iddiası səs-küy yaradıb.
 
Manevr.az bildirir ki, son günlərdə sui-qəsd ehtimalının olduğunu deyən Mask bunu sahib olduğu “Twitter” platforması ilə əlaqələndirib.
 
İddia Maskın 2020-ci il prezident seçkilərindən əvvəl Co Bayden komandasının tələbi ilə oğlu Hanter haqqında xəbərlərə senzura tətbiq edən sənədləri ifşa etməsindən sonra ortaya çıxıb. ABŞ-ın keçmiş prezidenti Con Kennedinin öldürülməsini xatırladan Mask fikirlərini bu cür davam etdirib:
 
“Aydındır ki, mənim başıma pis bir şeyin gəlməsi və ya vurulma riski olduqca əhəmiyyətlidir...Kimisə öldürmək o qədər də çətin deyil. Ona görə də ümid edirəm ki, məni öldürməyəcəklər və tale üzümə güləcək”.İş adamı həmçinin Hanter Bayden paylaşımındakı məqsədinin hər şeyi aydınlaşdırmaq olduğunu söyləyib. Özünü “azad sözün mütləqiyyətçisi” adlandıran Mask, “başqasını həqiqətən incitmədiyiniz müddətcə, istədiyinizi deməyə icazə verilməlidir”, deyə əlavə edib.
 
“Twitter”in artıq siyasi platforma olmayacağını qeyd edən Mask, “Açığı, “Twitter” Demokratik Milli Komitənin bir qolu kimi davranırdı və bu, gülünc idi. Əgər platforma müxalif fikirləri susdurub təkliflər irəli sürürsə, bu, seçkiyə müdaxilənin formasıdır”.
 
Xatırladaq ki, ötən günlərdə iş adamı müstəqil jurnalist kimi tanınan Matt Taibbi vasitəsilə keçmiş “Twitter” administrasiyası və demokratlar arasındakı senzura yazışmalarını ifşa etmişdi.sfera.az

Manevr.az
 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar