Manevr.az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.
Vəkil Neda Şəms dekabrın 2-də yazdığı tvitində bu üç ittihamın Faeze Haşiminin həbsindən sonra məhkəmənin ilk iclasında ona izah edildiyini açıqlayıb.
Onun sözlərinə görə, müvəkkili dekabrın 2-də "ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və sövdələşmə, İslam Respublikası hakimiyyətinə qarşı təbliğat fəaliyyəti və qeyri-qanuni toplantılara qatılmaqla ictimai asayişi və əmin-amanlığı pozmaq" ittihamları ilə mühakimə olunur.
SEPAH-a yaxın media orqanları Faeze Haşimini xarici qüvvələrlə birgə ölkədə iğtişaş yaratmaq və hakimiyyəti devirməyə çalışdığı barədə iddialar irəli sürüblər.ölkə.az