Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ukrayna diplomatlarına göndərilən bombalı bağlamaların sayı 17-yə çatdı

Tarix: 03-12-2022 16:03     Baxış: 4237 A- / A+

Bu həftə dünyanın 17 ölkəsindəki Ukrayna diplomatlarına üzərində bomba və heyvan hissələri olan məktublar çatdırılıb. 
 
Bunu CNN-ə xarici işlər naziri Dmitri Kuleba deyib və əlavə edib ki, səfirlik əməkdaşlarına qarşı təhdid kampaniyası başlayıb.

"Hər şey Ukraynanın İspaniyadakı səfirliyində partlayışla başlayıb. Ancaq bu partlayışdan sonra baş verənlər qəribəliklə doludur və hətta deyərdim ki, dəlilikdir", - Kuleba deyib. 

Məktubu göndərənlər barədə soruşduqda, o, belə cavab verib: "Mən dərhal Rusiyanın adını çəkə bilərdim, çünki ilk növbədə bunun kimə xeyir verdiyi sualına cavab verməlisiniz".

Ukraynalı nazir qeyd edib ki, Moskva bu yolla "Beynəlxalq arenada Rusiya üçün yaratdığımız diplomatik dəhşətə cavab verir və onlar əsl diplomatik döyüşləri bir-birinin ardınca uduzduqca belə mübarizə aparmağa çalışırlar”.
Kulebanın sözlərinə görə, bu paketlərin göndərilməsinə ya birbaşa Rusiya, ya da "Rusiyaya rəğbət bəsləyən və qorxu yaymağa çalışanlar” cavabdehdir. "Nəticəni müstəntiqlər çıxaracaq, amma məncə, bu iki versiya daha məntiqlidir", - o deyib. 

Rəsmi olaraq istintaq hələlik heç bir versiya irəli sürməyib.

Xatırladaq ki, çərşənbə günü, noyabrın 30-da, Ukrayna səfirliyinə elçi Sergey Poqoreltsevin adına zərf göndərilib. Zərfi açan səfirliyin əməkdaşı partlayış nəticəsində xəsarət alıb. O, yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb. Qısa müddətdən sonra ölkə rəsmiləri bombaların olduğu daha dörd bağlamanın müəyyən edildiyini bildirilib. Onlardan biri baş nazir Pedro Sançes üçün nəzərdə tutulub, ikincisi ölkənin Müdafiə Nazirliyinin binasına gəlib, üçüncüsü isə Ukrayna Silahlı Qüvvələrinə yardım edən Torrexon de Ardoz aviabazasının peyk mərkəzinə çatıb. Dördüncü paketi Ukrayna Silahlı Qüvvələrini qumbaraatanlarla təchiz edən "Instalaza” silah şirkətinin əməkdaşları alıb.

Ukraynanın dünyadakı səfirliklərinin əməkdaşları bombalardan əlavə, heyvan gözləri olan bağlamalar da alıblar. Oxşar hallar ölkənin Macarıstan, Niderland, Polşa, Xorvatiya, İtaliya, Avstriyadakı diplomatik nümayəndəliklərinin, Neapol və Krakovdakı baş konsulluqların, həmçinin Brnodakı konsulluğun əməkdaşları tərəfindən də qeydə alınıb. Ukrayna xaricdəki bütün səfirlik və konsulluqlarda gücləndirilmiş təhlükəsizlik tədbirləri görüb.
Rusiya Xarici İşlər Nazirliyi dekabrın 1-də partlayıcı maddələrin yayılması ilə bağlı xəbərlərə münasibət bildirib. Moskva diplomatlara qarşı təhdidləri və terror hücumlarını pisləyib.(qaynarinfo) 

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar