Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Rəşt-Astara dəmir yolunun tikintisi üç ildən çox çəkə bilər

Tarix: 30-11-2022 09:05     Baxış: 4328 A- / A+

Rəşt-Astara dəmir yolunun tikintisi üzrə Rusiya ilə birgə layihənin həyata keçirilməsi üç ildən çox vaxt apara bilər.
Bunu Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Transtek” beynəlxalq forumunun plenar iclasında İranın sənaye, mədən və ticarət nazirinin müavini, Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əlireza Peymanpak deyib.
“Biz Rusiya ilə Rəşt və Astara şəhərləri arasında dəmir yolu nəqliyyatının infrastrukturunu inkişaf etdirməliyik, lakin təəssüf ki, bu layihə yaxın üç il ərzində tamamlanmaya bilər, çünki bunlar, deyək ki, uzaq gələcək üçün tətbiq olunan tədbirlərdir”, - nazir müavini iki ölkənin logistika və yükdaşıma sahəsinə qarşı sanksiyaların bərabərləşdirilməsinə yönəlmiş praktiki addımlara sürətlə keçməsinin zəruriliyindən danışarkən bildirib.
Qeyd edək ki, Rəşt-Astara xəttinin uzunluğu 170 km olacaq. Layihənin məqsədi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirməkdir ki, bu da Transxəzər marşrutunun iqtisadi səmərəliliyini artıracaq. Ehtimal olunur ki, Rəşt-Astara xətti Moskva və Tehranın, Astara (İran) - Astara (Azərbaycan) xətti isə Moskva, Tehran və Bakının iştirakı ilə inşa ediləcək.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar