Xəbər lenti
Şeyxin oğlundan gözlənilməz addım: azarkeşlər üçün sarayda pivə qonaqlığı... - VİDEO
DÇ-2022 üçün Qətərdə olan iki britaniyalı azarkeş pivə axtarışına çıxıb və təsadüfən Şeyxin sarayındakı ziyafətə qatılıblar.
Bu barədə “TalkSport” məlumat yayıb.
Aleks adlı “Everton” azarkeşinin dediyinə görə, noyabrın 19-da o, dostu ilə birlikdə pivə içmək istəyiblər və onlara spirtli içki tapacaqlarını deyən iki qətərli ilə tanış olublar.
“Beləliklə, biz onun “Toyota Land Cruiser”inə mindik və böyük bir saraya çatdıq. Həyətdə idik və o, bizə meymunlarını və ekzotik quşlarını göstərdi”, - o qeyd edib.
Daha sonra azarkeşlər əyləncədən çəkilmiş görüntüləri sosial şəbəkələrdə paylaşıblar. Fotoşəkildə iki britaniyalının qətərlilərin əhatəsində əyləşdiyi görünür, digər kadrda isə azarkeşlərdən biri şir balasını sığallayır.
“Dünən gecə şeyxin oğullarından biri ilə görüşdük. O, bizi saraya apardı və göstərdi ki, onun şirləri və hər şeyi var”, - fanatlardan digəri deyib.
Qeyd edək ki, noyabrın əvvəlində FİFA Qətərin təzyiqi ilə çempionat zamanı stadionlarda pivə satışını qadağan edib. Bildirilib ki, bu qərar ölkədə spirtli içkilərin ictimai yerlərdə istehlakı ilə bağlı qüvvədə olan sərt qanunlarla əlaqədar verilib.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar