Xəbər lenti
Liviyada Yunanıstan əleyhinə aksiya keçirildi
Liviyanın paytaxtı Tripolidə Yunanıstan səfirliyi qarşısında etiraz aksiyası keçirilib.
Diplomatik korpus qarşısında toplanan yüzlərlə etirazçı ərəb, ingilis və yunan dillərində “Liviya heç vaxt təslim olmayacaq”, “Dəniz sərhədlərimizi qanımızla qoruyacağıq”, “Liviyalılar sülh istəyir, siz isə müharibə istəyirsiniz”, “ Əlin qana bulaşıb, Dendias”, “Dendias müharibə cinayətkarının müttəfiqidir” yazılmış plakatlar daşıyıb.
Nümayişi təşkilatçılarından olan Məhəmməd Əli açıqlamasında Yunanıstan Xarici İşlər Naziri Nikos Dendiasın Liviyaya qarşı “əxlaq və diplomatiyaya zidd mövqeyinə etiraz etmək üçün toplandıqlarını” bildirib:
“Dendiasın uşaqsayağı davranışı Yunanıstan hökumətinin səviyyəsizliyini göstərir. Şərəfimizə və Liviyanın suverenliyinə qarşı nümayiş etdirilmiş bu mövqeyə etiraz edirik. Bu gün Liviyanın qərbindəki bütün bölgələrdən gənclər burada toplanıb. Tələbə cəmiyyətləri və sosial şəbəkə vasitəsilə xəbərləşərək Yunanıstan səfirliyinin önünə gəldik”.
Xatırladaq ki, Yunanıstanın xarici işlər naziri Nikos Dendias noyabrın 17-də Liviyanın paytaxtı Tripoliyə gəlib, lakin Liviyanın xarici işlər naziri Nəcla Menquşun onu qarşılamaq üçün hava limanına gəldiyini biləndə təyyarədən enməkdən imtina edib. Bundan öncə Liviya diplomatiyasının rəhbəri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Yunanıstanın qeyri-qanuni hesab etdiyi karbohidrogen yataqlarının birgə istismarına dair Türkiyə-Liviya sazişi imzalayıb. Yunanıstan Xarici İşlər Nazirliyi bildirib ki, N.Dendiasın səfəri Liviyanın xarici işlər naziri ilə görüşün olmayacağına dair razılaşmaların pozulması səbəbindən ləğv edilib. axar.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar