Xəbər lenti
Atların gözəllik müsabiqəsi keçiriləcək

Axaltəki atları arasında beynəlxalq gözəllik müsabiqəsi 2017-ci il aprelin 29-da Aşqabadda keçiriləcək.
Manevr.az AZƏRTAC-a istinadla Türkmənistan KİV-lərinə istinadla xəbər verir ki, prezident Qurbanqulu Berdiməhəmmədovun müvafiq sərəncamına əsasən, 2017-ci ilin ən gözəl axaltəki atı bu il aprelin 30-da qeyd olunacaq Terkmən atı bayramı ərəfəsində seçiləcək.
İlin ən gözəl axaltəki atının sahibi Türkmənistan prezidenti adından “Toyota Land Cruiser Prado”, “Mercedes-Benz ML 350” və başqa bu kimi bahalı avtomobillə mükafatlandırılır.
Axaltəki atları arasında beynəlxalq müsabiqə prezident Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə keçirilir. Dövlət başçısı axaltəki cinsinin mahir bilicilərindəndir və ölkədə atçılığın inkişafını şəxsən himayə edir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































