Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Putin Kiyevi tutanadək sakitləşməyəcək” - ABŞ institutu

Tarix: 18-11-2022 10:32     Baxış: 4217 A- / A+




"Danışıqlar Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandıra bilməz. Ən yaxşı halda fasilə yarana bilər. Rusiya Prezidenti Vladimir Putin bu və ya digər vasitələrlə Ukraynaya nəzarəti bərpa etmək cəhdindən heç vaxt əl çəkməyəcək".
Manevr.az "report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutundan bildirilib.
Qeyd olunub ki, Krımın işğal olunmasından 8 il keçəndən sonra Ukraynaya yenidən hücum V.Putinin ambisiyasını göstərir: "Görünür, o, Kiyevi fəth edənədək sakitləşməyəcək. Ukraynanın bu il işğala müqavimət göstərməsi göstərir ki, ukraynalılar asanlıqla təslim olmayacaqlar. Putin hakimiyyəti Kremli idarə etdiyi müddətcə münaqişə həll olunmayacaq. Danışıqlar bu reallığı dəyişməyəcək".
İnstitut xatırladıb ki, 2014-2022-ci illər arasında "atəşkəs" müddətində Rusiya qüvvələri daim Ukraynanın mövqelərini atəşə tutub. Amerikalı analitiklər hesab edirlər ki, Rusiya qüvvələri indi də Donetsk vilayətində yenidən hücuma keçməyə meyllidirlər.
Bildirilib ki, Rusiya hələ də Avropanın ən böyük və Ukraynanın əsas enerji mənbəyi olan Zaporojye Atom Elektrik Stansiyasına (AES) nəzarət edir.
Müharibə Araşdırmaları İnstitutunun ekspertlərinin qənaətinə görə, Kreml rəhbəri mümkün qədər çalışır ki, Ukrayna mili kimliyini məhv etsin.
Onların fikrincə, V.Putin bu və ya digər vasitələrlə Ukraynaya nəzarəti bərpa etmək cəhdindən heç vaxt əl çəkməyəcək: "Nə Ukrayna, nə də Qərb Putinin ambisiyalarını dəyişdirə bilər. Ona görə də Kremli rəhbərini başa salmaq lazımdır ki, o, istəklərinə nail olmaq iqtidarında deyil. Bunun üçün Qərb Ukraynaya onun təhlükəsizliyi və iqtisadi rifahı üçün strateji əhəmiyyət kəsb edən əraziləri azad etməsinə kömək etməli, sonra isə Ukrayna ordusunu və iqtisadiyyatını Rusiyanın gələcək işğallarının qarşısını alacaq səviyyəyə çatdırmalıdır. Hazırkı qaynar müharibə soyuq müharibəyə çevrilərsə Qərb və Ukrayna uğur qazanar".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar