Bəzi tarixi şəxsiyyətləri öldükdən sonra məzarlarında belə rahat buraxmayıblar. Onların cəsədləri bu və ya digər səbəblərdən oğurlanıb.
Manevr.az sfera.az-a istinadən bu yazıda indiyə qədər cəsədləri oğurlanan məşhurlar haqqında məlumatı təqdim edir:
1. Çarli Çaplin
Dünyaca məşhur aktyor və rejissor Çarli Çaplinin məzarı onun ölümündən az sonra pul müqabilində oğurlanır. Çaplinin həyat yoldqşı Oona girov qarşılığında tələb edilən 600.000 dolları ödəməkdən imtina edir. Bu arada polis axtarış əməliyyatlarını davam etdirir. Oonanın telefonları dinlənilib və ərazidəki 200 telefon köşkü yaxından izlənilib. Oğrular aşkar edildikdən sonra məşhur aktyor məzarına dəfn edilir, Çaplinin cəsədini oğurlayıb qarğıdalı tarlasında basdıran iki mexanik isə həbs edilir.
2. Formosus
891-ci ildə Papa seçilən və öldüyü günə qədər bu vəzifəni yerinə yetirən Formosun yerinə VI Papa Stefan gəlir. Papa Stefan tərəfindən onun moizələrinin və xaric edilməsinin cinayət olduğunu əsas gətirərək mühakimə olunmasını xahiş edirlər. Bunun üzərinə papalıq tarixində ən qəribə hadisə baş verir və Formosusun cəsədi eksqumasiya edilir. Meyit saxta məhkəməyə məruz qalır. Mühakimə olunan şəxs özünü müdafiə edə bilmədiyi üçün onun adından gənc vəkil tutan ruhanilər Formosusun günahkar olduğu qənaətinə gəliblər. Bu prosesdən sonra Formosusun barmaqlarının ucu və bədəninin bir neçə yeri cəza olaraq kəsilib. Onun cəsədi Tibet çayına atılıb. Bu hadisədən sonra Papa Stefan xalqın üsyanı ilə həbs edilir və ölümə məhkum edilir.
Formosusun kəsilmiş parçaları yenidən yerinə qoyulur və Müqəddəs Pyotr Bazilikasında basdırıldı.
3. Fridrix Vilhelm Murnau
Məşhur “Nosferatu” filminin rejissoru Fridrix Vilhelm Murnau 1931-ci ildə yol qəzasında ölür. Berlin yaxınlığında dəfn edilən Murnaunun məzarı dəfələrlə dağıdılır. 2015-ci ildə aparılan araşdırmalar nəticəsində kəllə sümüyünün məzarından götürüldüyü müəyyən edilib. Məzarına baxarkən görünən şam qalıqlarına əsaslanaraq onun məzarının satanist ayinləri üçün dağıdıldığı güman edilir. Murnaunun kəllə sümüyü isə hələ də tapılmayıb.
4. Valoisli Ketrin
İngiltərə kralı V Henrinin dul həyat yoldaşı Ketrin Valuanın başına qəribə şeylər gəlib. Ketrin ölümündən sonra Vestminster abbatlığında dəfn edilir. Sonrakı kral VII Henri ibadətgahı köçürmək qərarına gəldikdə, onun cəsədi həyat yoldaşı V Henrixin yanında açıq tabuta qoyulur. 200 ilə yaxın açıq şəkildə nümayiş etdirilən Ketrinin cənazəsi ingilis dialist Samuel Pepysin marağına səbəb olub. Pepisə 36-cı ad günü hədiyyəsi olaraq Ketrinlə öpüşməyə icazə verilib. Pepys hətta bu an haqqında gündəliyinə "Onun belindən tutub dodaqlarından öpdüm" yazmışdı. Bu hadisədən sonra Ketrin yenidən dəfn edilir.
5. Qram Parsons
Ölümündən əvvəl musiqiçi Qram Parsons meneceri Phil Kaufmana öldükdən sonra Coşua Tree Milli Parkında kremasiya olunmaq istədiyini söyləyir. Bir müddət sonra həddindən artıq narkotik dozadan dünyasını dəyişən Parsonsun arzusunu yerinə yetirmək istəyən Kaufman Maykl Martinlə birlikdə Parsonsun cəsədini ələ keçirməyə qərar verir. Cənazə maşını ilə Los-Anceles hava limanına gedən ikili səlahiyyətlilərə cəsədi yalandan şəxsi təyyarə ilə daşımalı olduqlarını deyir. Parsonsun cəsədini götürdükdən sonra onu parka aparıb tabutla birlikdə yandırırlar, lakin cənazə tam yanmamışdan əvvəl səlahiyyətlilər gəlib çatır. Parsons Yeni Orleanda dəfn edilir. Kaufman və Martin isə cərimə cəzası alır.
6. Eva Peron
Eva Peronun hekayəsi olduqca qəribədir...
Yoxsulluq içində böyüyən və daha sonra polkovnik Xuan Peronla evlənən Peronun 1946-cı ildə ərinin Argentina prezidenti seçilməsində ciddi rolu olub. 32 yaşında dünyasını dəyişən Eva Peron ölənə qədər Argentinada çox sevilirdi. Ölümündən sonra həyat yoldaşı Evanın gözəlliyini qoruya bilməsi üçün mumiyalanmasını istəyirdi. Daha sonra o, tez-tez həyat yoldaşının cəsədini sərgiləyirdi. 1955-ci ildə o, devrildikdən sonra Eva Peronun cəsədi oğurlanır və polis cəsədi Buenos-Ayres küçələrində nümayiş etdirilərkən tapır. 1957-ci ildə İtaliyaya göndərilən cənazə Milanda qəbirdə basdırılıb. 1971-ci ildə sürgündə olan həyat yoldaşının yanına qaytarılan Eva əri tərəfindən dəfn edilmir və yeməkxanada açıq şəkildə tabuta qoyulur. Qəribə də olsa, həyat yoldaşının ona şans gətirdiyini düşünən Xuan Peron həqiqətən 1973-cü ildə yenidən prezident seçilir.
Xuanın yeni həyat yoldaşı İzabel, əri öldükdən sonra Evanın mumiyasına sədaqətlə sahib çıxmış, onu evdə nümayiş etdirməyə davam etmişdi. İzabel də öldükdə Eva Peronun cəsədi bacısına təhvil verilir. Mumiyalanmış cəsəd ailə qəbiristanlığında dəfn edilib.
7. Vehbi Koç
Bu gün Türkiyədə Koçların sahib olduqları nəhəng mirasın banisi Vehbi Koç Türkiyənin ən məşhur iş adamları sırasındadır. Onun ölümündən sonra 1996-cı il oktyabrın 24-də gecə saatlarında Zincirlikuyu qəbiristanlığına girən oğrular Vehbi Koçun cəsədini oğurlayıblar. Oğrular Koç ailəsi ilə əlaqə saxlayıb və pul tələb edirlər. Koç ailəsi pul tələbini rədd edir. Bu dəfə oğrular Kanal D-dən 20 Milyar Türk Lirəsi tələb etsələr də, Kanal D görüşü belə qəbul etmir.
Xəbər lenti
Məzarlarından cəsədləri oğurlanan məşhur şəxsiyyətlərin ADLARI
Oğrular nəhayət Cem Uzanın “İnterstar” firmasından 25 Milyar Türk Lirəsi tələb edirlər və razılıq əldə edilir, lakin bu razılaşma tələ olur. Saxlanılan oğruların Vehbi Koçun cəsədini həmin qəbiristanlıqdakı boş məzara köçürdüyü məlum olur. Vehbi Koç yenidən öz yerində dəfn edilir.
8. Fransisko Qoya
Məşhur ispan rəssam Fransisko Qoya 1828-ci ildə Fransada insult nəticəsində dünyasını dəyişir və dəfn edilir. 1899-cu ildə İspaniya hökuməti Qoyanı Madriddə dəfn etmək üçün Franda hökumətindən icazə alır. Lakin Fransaya təyin olunmuş İspaniya konsulu məzarı açanda iki cəsədlə qarşılaşır. Maraqlısı o idi ki, məzarda yalnız bir kəllə tapılır. Bu vəziyyətlə əlaqədar Madridə teleqram göndərilir və Madrid hökuməti cəsədi istənilən yolla geri istədiklərini bildirir.
Qoyanın qalan qalıqları Madridin San Antonio la Madrid kilsəsində basdırılır.
9. Lüdviq van Bethoven və Frans Şubert
İki böyük bəstəkar - Lüdviq van Bethoven və Frans Şubertin məzarları Vyananın şimal-qərbindəki qəbiristanlıqda idi. Amma qəbir soyğunçusu hər iki qəbri boşaltmışdı. Qəbirləri kimin oğurladığı hələ də məlum deyil.
10. Geronimo
Məşhur Apaçi başçısı Geronimonun nəsli 2009-cu ildə Yaledəki məşhur ezoterik cəmiyyət olan “Skulls and Bones”u məhkəməyə verir. Məhkəmə iddiasında səbəb bu qrupun 1918-ci ildə Geronimonun məzarını qarət etməsi və onun kəlləsini şüşə qutuda saxlaması olub.
Sonrakı hər bir məhkəmə prosesində qrup bütün ittihamları rədd edir. Üstəlik, heç bir sübut tapılmır. Geronimonun kəlləsi hələ də tapılmayıb və onun Yeldə bir yerdə olduğu güman edilir.
11. Abraham Linkoln
1865-ci ildə öldürüldükdən sonra Linkoln Oak Ringe qəbiristanlığında asma kilidlə bağlanmış mərmər sarkofaqda basdırılır. Sarkofaqın qapağı gipslə örtülmüşdü. Bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq, 1876-cı ildə bir qrup Linkolnun cəsədini oğurlamağı və hökumətdən pul tələb etməyi planlaşdırır. Qrup qəbir oğurluğunda o qədər də təcrübəli deyildi və kömək üçün hökumətin xəfiyyəsi Lewis C. Sweglesi seçməklə böyük səhv edir.
Oğrular məzarı oğurlamaq üçün hərəkətə keçərkən məxfi xidmət agentləri artıq onları qəbiristanlıqda gözləyirdilər. Türbənin asma kilidini açdıqdan sonra qurğuşunla örtülmüş örtüyü açmağa çalışarkən tutulan qrup üzvləri tutulub, polisə təhvil verilir. Bundan sonra Linkolnun cəsədi polad qəfəsdə 4000 funtluq sementin altında basdırılır.
12. Benni Hill
Məşhur komediya ustası Benni Hill 1992-ci ildə vəfat edib. Hill İngiltərənin Hollybrook qəbiristanlığında dəfn edildikdən sonra bir sıra şayiələr yayılmağa başlayır. Şayiələrdə Hillin məzarında çoxlu miqdarda qızıl və zinət əşyaları basdırıldığı deyilir. Belə bir söz-söhbət gəzsə də, bu söz-söhbətin kim tərəfindən başladığını heç kim bilmirdi. Qısa müddətdən sonra xəzinə ovçuları Benni Hillin məzarını qazmağa yola düşür. Səlahiyyətlilər hadisə yerinə gələndə məzar açılmışdı və onun tabutunda bir taxta parçası belə yox idi. Cəsədi toxunulmaz qalan Hilli həmin təpənin üzərini nəhəng daş lövhə ilə örtüb yenidən basdırırlar.
13. Əmir Teymur
Əmir Teymurun məzarı Sovet İttifaqının ərazisinə düşürdü. Stalin Teymurun qəbrinin açılmasına qərar verir. Ancaq hamı bu qərara qəti şəkildə qarşı çıxır. İnsanlar məzarın açılmasına etiraz ediblər. Onlar məzar açılandan sonra onun bədbəxtlik gətirəcəyinə inanırdılar. İnanca görə, Teymurun məzarı açılanda bütün sovet xalqını qıracaqdı.
Buna baxmayaraq, Stalinin göstərişi ilə Teymurun məzarı açılır. Teymurun məzar daşında “Mən ölümdən oyananda bütün dünya titrəyəcək” yazılmışdı.
Teymurun cəsədinin müayinəsindən iki gün sonra nasist Almaniyası Sovet İttifaqına hücum edərək sovetlərdə 20 milyon, dünya üzrə isə 100 milyondan çox insan qətlə yetirir.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar