Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Kremlin varlı qadınları siyahısında - Azərbaycanlı xanım

Tarix: 20-04-2017 09:10     Baxış: 3358 A- / A+
Kremlin varlı qadınları siyahısında

“Forbes” jurnalı Rusiya rəsmiləri və onların zəngin qadınlarının adını açıqlayıb.

Manevr.az xəbər verir ki, siyahı Rusiya Prezident Administrasiyasında, Nazirlər Kabinetində və Dövlət Dumasında çalışan şəxslərin xanımlarını əhatə edib. Siyahı 2016-cı il üçün dövlət rəsmilərinin gəlirləri haqda açıqlanan rəsmi deklarasiya əsasında yaradılıb.

Ən varlı xanım Rusiya Dövlət Dumasının deputatı Aleksandr Nekrasovun xanımı Yelena Nekrasova seçilib. Onun illik gəliri 646 milyon rubldur.

İkinci yer 225,1 milyon rublla Lüdmila Vorobveya tutub. Bu qadın Rusiya Federasiya Şurasının nümayəndəsi Vorobyevin həyat yoldaşıdır.

İlk onluğu Kreml sözçüsü Dmitri Peskovun xanımı tatyana navka tamamlayıb.

17-ci sırada qərarlaşan xanım haqqında məlumat Azərbaycan oxucusu üçün daha böyük maraq kəsb edir. Belə ki, Rusiya Baş nazirinin müavini Arkadi Dvorkoviçin azərbaycanlı həyat yoldaşı Zümrüd Rüstəmova Kremlin ən zəngin xanımları sırasında 17-ci pillədə qərarlaşıb. Ötən il Z.Rüstəmovanın rəsmi gəliri nə az, nə çox - düz 60,5 milyon rubl təşkil edib (Bundan əvvəlki il 24,8 milyon rubl idi).

Qeyd edək ki, Z. Rüstəmova “Polimetal” mədən şirkətinin baş direktor müavinidir.(axar.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar