Ukraynanın paytaxtı Kiyevin sakinlərinin "tam təxliyəsi" üçün hazırlıqlar başlayıb.
Manevr.az "report"a istinadən xəbər verir ki, bunu ABŞ-ın "The New York Times" nəşri iddia edib.
"Ukrayna paytaxtının rəsmiləri deyirlər ki, onlar bir vaxtlar ağlasığmaz ehtimalı planlaşdırmağa başlayıblar: elektrik enerjisinin tam kəsilməsi ilə şəhərin üç milyona yaxın sakininin təxliyəsi", - nəşr yazıb.
Qəzet qeyd edib ki, elektrik şəbəkəsində tam nasazlığın qarşısını almaq üçün Ukraynanın milli energetika şirkəti yeddi regionda elektrik enerjisinin kəsilməsini davam etdirəcəyini bildirib.
Kiyev şəhər administrasiyasının bələdiyyə təhlükəsizliyi departamentinin direktoru Roman Tkaçukun sözlərinə görə, Kiyev bütün şəhərin elektrik təchizatı sistemini itirə bilər.O əlavə edib ki, Kiyev rəsmiləri sistem sıradan çıxmazdan 12 saat əvvəl xəbərdar ediləcək və bu baş verərsə, şəhər rəhbərliyi yerli sakinlərə məlumat verməyə və onlardan getmələrini xahiş edəcək.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar