Manevr.az oxu.az-a istinadən xəbər verir ki, siyahı bazar ertəsi nəşrin saytında dərc olunub.
Siyahıya daxil olan bütün məşhurlar ümumilikdə 1,6 milyard dollardan çox pul “qazanıblar” ki, bu da ötən ilin göstəricilərindən 72% çoxdur. Bu, “Forbes”in analoji reytinqləri tərtib etməyə başladığı 2001-ci ildən bəri ən əhəmiyyətli illik artımdır.
Reytinqdə ikinci yerdə “Coca-Cola”nın “BodyArmor”dakı payının satışından bir il ərzində 400 milyon dollar “qazanmış” amerikalı basketbolçu Kobe Brayant (1978-2020) qərarlaşıb. Üçüncü yeri bir il ərzində sərvəti 250 milyon dollar artıran britaniyalı musiqiçi və aktyor Devid Boui (1947-2016) tutub.
Siyahıda həmçinin, Elvis Presli (1935-1977), Ceyms Braun (1933-2006), Maykl Cekson (1958-2009) kimi şəxslərin də adı var.