Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
20-01-2025
BÜTÜN XƏBƏRLƏR

“Türkiyənin hərbi müdaxiləsi şərtləri dəyişə bilər” - şok iddia

Tarix: 31-10-2022 22:36     Baxış: 3331 A- / A+
Türkiyə və Liviya arasında imzalanan kritik önəmə malik karbohidrogen sazişinin əks-sədaları davam edir.

Qərb mediası gizli telefon dinləmələri ilə bağlı imicinə xələl gətirən Yunanıstan hökumətinin Türkiyə-Liviya razılaşmasına hazırlıqsız yaxalandığını yazır.

“Politico” nəşrinə danışan amerikalı professor Rayan Gingeras diqqətçəkən açıqlama verib. Gingeras bu razılaşmanın Türkiyə ilə Yunanıstan arasında müharibə olacağı anlamına gəlmədiyini, amma bunun mümkün qarşıdurma riskini artırdığını bildirib.

“İndi güc balansı əvvəlkindən daha çox Türkiyənin xeyrinədir. Türkiyə 2016-cı ildən bəri dəfələrlə müharibəyə girib və qalib gəlib. Bir çox cəbhələrdə hərbi müdaxilələrlə siyasi şərtləri dəyişdirə biləcəyini göstərib”, - professor deyib.

Gingeras Türkiyənin Agey və Aralıq dənizlərinə qazma gəmiləri göndərməsinə də diqqət çəkib:

“Razılaşma Ankaranın Egey və Şərqi Aralıq dənizlərində daha iddialı iştiraka malik olmaq kimi uzunmüddətli hədəfinə xidmət edir”.
Gingeras Yunanıstanın ərazi sularının Egeydə 12 milə qədər uzadılması ideyasının ağılsız seçim olacağını da vurğulayıb. teleqraf.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar