Xəbər lenti
Konqo Demokratik Respublikasında izdihamda azı 11 nəfər ölüb

Bu barədə ölkənin Baş nazirinin müavini, daxili işlər, təhlükəsizlik və ənənəvi hüquq naziri Daniel Aselo Okito Vankoy bildirib.
“Əldə etdiyimiz məlumata görə, baş verənlərə görə konsertin təşkilatçıları günahkardır. İzdiham olub və insanlar boğulub”, - nazir qeyd edib.
O, cinayətkarların tapılaraq cəzalandırılacağını vurğulayıb. Rəsmilər daha əvvəl səkkiz nəfərin öldüyünü bildirmişdilər.
Qeyd edək ki, müğənni Falli İpupanın oktyabrın 29-da baş tutan konsertində izdiham yaranıb. 80 min nəfər üçün nəzərdə tutulmuş stadionda bütün oturacaqlar dolub, eyni zamanda tamaşaçılar dəhlizlərə də toplanıb. Nəticədə səhnəyə yaxınlaşmaq istəyən kütlənin təzyiqini polis saxlaya bilməyib və nəticədə izdiham yaranıb. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar