Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

İlon Mask "Twitter"də ixtisarlara başlamağı ƏMR ETDİ

Tarix: 30-10-2022 09:39     Baxış: 4304 A- / A+

"Twitter"in yeni sahibi İlon Mask şirkətin işçilərini ixtisar etməyə başlamağı əmr edib.
Bu barədə NYT xəbər verir.
Bəzi rəhbərlərdən işdən çıxarılacaq işçilərin siyahılarını tərtib etmələri istənilib. İxtisarların miqyası hələ müəyyən edilməyib.
İşdən çıxarılmalar noyabrın 1-dən əvvəl, işçilərin təzminatlarının bir hissəsi kimi səhm qrantları almalı olduqları vaxt baş verəcək. Belə qrantlar adətən işçilərin əmək haqqının əhəmiyyətli hissəsini təşkil edir. Həmin tarixdən əvvəl işçiləri işdən çıxarmaqla Mask qrantları ödəməkdən yayına bilər.
Hazırda "Twitter"in 7500-ə yaxın əməkdaşı var.
Xatırladaq ki, Maskın "Twitter"i almaq planları aprel ayında məlum olub. Lakin o, iyul ayında təklifini geri götürüb. Şirkət sövdələşməni dayandırdığı üçün iş adamını məhkəməyə verib.
"SpaceX"in təsisçisi oktyabrın 17-21-nə təyin edilmiş məhkəmə qarşısına çıxmalı idi. Bununla belə, görüş ərəfəsində milyarder sövdələşməni başa çatdırmağa hazır olduğunu bildirib.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar