Xəbər lenti
Ukraynada istehsal ediləcək "Bayraktar"lar Rusiyaya satılmayacaq
"Türkiyənin “Baykar” müdafiə şirkəti Ukraynada yeni istehsalat zavodunun tikintisini iki il ərzində başa çatdırmağı planlaşdırır".
Bu barədə “Reuters” məlumat yayıb.Bildiyiniz kimi, fevralın 24-də Rusiya işğalından əvvəl Türkiyə ilə Ukrayna arasında imzalanmış müqavilə çərçivəsində Baykar Ukraynada ikinci istehsalat fabrikinin tikintisinə razılıq verib.
İcraçı direktor Haluk Bayraktar Ukraynadakı müharibə səbəbiylə ortaya çıxan bəzi uğursuzluqlara baxmayaraq, tikinti planlarının irəlilədiyini söyləyib. Onun sözlərinə görə, təfərrüatlı layihələndirmə mərhələsi artıq başa çatıb.
"Planımız icra olunur. İndi memarlıq layihəmiz var. Müfəssəl layihələndirmə mərhələsi başa çatıb. Biz isə faktiki tikintiyə başlayırıq və iki il ərzində onu bitirmək istərdik”, - deyə Bayraktar əlavə edib.
Ukrayna mətbuatının xəbər verdiyi kimi, şirkətin sahibi artıq Ukraynada torpaq sahəsi alıb, zavodun özü üçün layihə hazırlayıb və onu sona qədər həyata keçirməyə hazırdır. Belə xəbərlərə cavab olaraq Kreml zavodu “demilitarizasiya” ilə hədələyir.
Təhdidlərə baxmayaraq, şirkət artıq zavodda nə istehsal etmək istədiklərini bildirib. Xüsusilə, söhbət yeni reaktiv səsdən sürətli dron "Bayraktar Kızılelma", "Bayraktar TV2" və "Bayraktar Akıncı"dan gedir.
Onu da əlavə edək ki, Haluk Bayrak məhsullarını Rusiyaya satmayacağını bəyan edib.
“Pul bizim üçün prioritet deyil. Bizim işimizdə pul və maddi resurslar heç vaxt məqsəd olmayıb. Ukrayna ilə dostluğumuz və əməkdaşlığımız uzun illərdir ki, davam edir. Ona görə də bizə nə qədər pul təklif etsələr də, düzünü desəm, bu vəziyyətdə onun onlara verilməsindən söhbət gedə bilməz”, - deyə baş direktor vurğulayıb.bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar