Xəbər lenti
Putin: İrəvana deyirdik ki, 5 rayonu ver, razılaşmırdı...

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Valday” klubunda çıxışı zamanı deyib.
“Uzun illər erməni tərəfi ilə dialoq aparırdıq və Qarabağla bağlı məsələni həll etməyi təklif etmişdik. Faktiki olaraq Ermənistan Azərbaycanın 7 rayonuna nəzarət edirdi. Biz dedik: Gəlin, münasibətlərin normallaşmasına doğru addımlayaq, 2 rayon var, böyük rayonlar... Hansısa mərhələdə Azərbaycanla razılaşaq. 5 rayonu verin, onlar lazım deyil, sadəcə boşdur, insanlar oradan sadəcə qovulub. Nə üçün bu rayonları saxlayaq? Heç bir mənası yoxdur.
Qarabağla əlaqə üçün 2 rayon (Laçın və Kəlbəcər nəzərdə tutulur - red.) kifayət qədər böyükdür. Düşünürdük ki, qaçqınların ora qayıtması ədalətli olardı. Bu, bütövlükdə regionda vəziyyətin normallaşması istiqamətində yaxşı addım olardı. Amma Ermənistan rəhbərliyi öz yolu ilə getdi, bildiyiniz kimi, bu, bu gün yaranmış vəziyyətə gətirib çıxardı”, - Kreml rəhbəri bildirib. axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar