Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya Ukraynada daha böyük QIRĞIN TÖRƏDƏCƏK - ŞOK İDDİA

Tarix: 27-10-2022 19:03     Baxış: 3249 A- / A+




"O fikirlə razılaşıram ki, noyabrın 15-dək Rusiya oktyabrın 10-da olduğu kimi Ukraynaya daha bir neçə kütləvi, qanlı raket hücumu həyata keçirə bilər".
Manevr.az bildirir ki, bunu milli.az-a açıqlamasında Ukrayna Diplomatiya İnstitutunun mütəxəssisi, siyasi ekspert Nikolay Spiridonov deyib.


O bildirib ki, Rusiya Xersonu öz xoşluğu ilə tərk edə bilər:
"Rusiyanın müharibənin indiki mərhələsində əsas məqsədi dinc əhalini (mülki əhalini) qorxutmaq və Ukraynanı sülh danışıqlarına inandırmaqdır. Buna görə də ictimai infrastruktur və enerji sahəsinə kütləvi hücumlar edilir.

Rusiyaya cəbhədə operativ pauza lazımdır, çünki hərbi imkanları tükənməyə doğru gedir. Ona görə də Kreml bu cür təhdid və şantajın köməyi ilə bu pauzanı əldə etməyə çalışır.

Bütün bunlara baxmayaraq payızın sonuna qədər Xersonun azad edilməsi çox ehtimal olunan bir ssenaridir. Rusiya tədricən işğal etdiyi torpaqları geri qaytarır. Logistika baxımından Xersonu təmin etmək çox çətindir. Rusiyanın nisbətən könüllü olaraq Xersondan çəkilməsi variantı da var, lakin bu istiqamətdə qanlı döyüşlər də istisna deyil.
Müharibə başlayandan bəri Ukraynaya edilən 41 milyard avro məbləğində hərbi yardımın davamı gələcək. Artıq daha çox ölkə kənarda sakit durmağın işə yaramayacağını anladığı üçün hərbi potensialını gücləndirir. Rusiyanın aqressiv hərəkətləri bütün sivil dünya üçün təhlükə yaradır".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar