Xəbər lenti
RƏSMİ: Gürcüstana neçə min rusiyalı GƏLİB?

Bu Ukraynadan gələnlərin sayından təxminən dörd dəfə çoxdur: Daxili İşlər Nazirliyinin məlumatına görə, ukraynalıların sayı 25 779 nəfərdir.
“Exo Kavkaza” saytının informasiyasına əsasən, Daxili İşlər Nazirliyi bu rəqəmləri hakim “Gürcü Arzusu” partiyasının üzvü Levan Karumidzenin parlament sorğusuna cavab olaraq verib. Bu gün Gürcüstana daxil olan rusların real sayı oktyabrda Rusiyada səfərbərlik elan edildikdən sonra gələnlərin hesabından daha çox ola bilər.
Xatırladaq ki, bundan öncə keçmiş prezident Mixail Saakaşvilinin müxalif “Vahid Milli Hərəkat” partiyasındakı tərəfdaşları ölkəyə Rusiya vətəndaşlarının axınından narahat olduqlarını ifadə etmişdi. Hakim “Gürcü arzusu” partiyası isə bu məsələ ilə əlaqədar ciddi təhlükə görmür.
Gürcüstanın əhalisi 2022-ci il yanvarın 1-nə 3 milyon 688 min nəfər olub. Bu isə o deməkdir ki, ölkədə qalan rusların sayı ümumi əhalinin təxminən üç faizini təşkil edir. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar