Rusiya lideri Vladimir Putinin ən yaxın adamlardan biri hesab olunan ehtiyatda olan polkovnik İqor Korotçenko səs-küy yaradacaq açıqlama verib.
Rusiya dövlət televiziyasında yayımlanan proqramda çıxış edən Korotçenko Putinə ABŞ və İngiltərəyə tam səviyyəli nüvə hücumu təşkil etməyi tövsiyə etdiyini açıqlayıb. O qeyd edib ki, Qərbin iki ən güclü ölkəsinə təxminən 11 min kilometr mənzilli “Topol-M” nüvə raketləri ilə hücuma keçmək lazımdır.
“Bu hücum NATO-nun planlaşdırdığı hücumlara cavab olacaq”, deyə polkovnik vurğulayıb.
Korotçenko fikirlərini bu cür ifadə edib: “Əgər NATO Rusiya ilə müharibə etsə, BMT-nin beynəlxalq qanunlarına məhəl qoymamaq olar, ancaq bir yol var. Qərb bilməlidir ki, onlar bizimlə Ukrayna torpaqlarında və ya ərazilərində döyüşməyə cəhd etsələr, yalnız bir cavab olacaq: “Topol-M” nüvə başlığı. Biz şəhərləri deyil, ABŞ və Böyük Britaniya hərbi bazalarını hədəfə alırıq. Bundan sonra vəziyyətdən asılı olaraq danışıqlar üçün masaya otura bilərik. Mən bunu hədələmək üçün demirəm. Bu, bizim hazırladığımız ssenaridir. Biz tərəddüd etmədən bu ssenarini işə salacağıq”.
Korotçenko həmçinin açıqlamasında Ukraynanın tez-tez Böyük Britaniya və ya ABŞ-dan kiçik nüvə başlıqları ala biləcəyini deyib: “Terrorçu onu çiynində daşıyıb istədiyi yerdə partlada bilər”.sfera.az
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar