ABŞ ilk iki "NASAMS" zenit-raket kompleksini (SAM) Ukraynaya təhvil verib.
Manevr.az "report"a istinadən bildirir ki, bunu "NASAMS"ın istehsalçısı "Raytheon Technologies"in baş direktoru Qreq Heyes bəyan edib.
"Biz bir neçə həftə əvvəl iki kompleksi ABŞ hökumətinə təhvil vermişik. Artıq bu gün onlar Ukraynada yerləşdirilir"-deyə, o bildirib.
Qeyd edək ki, 11 oktyabrda Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib ki, ABŞ hakimiyyəti çox yaxın zamanda ilk iki "NASAMS" kompleksini Kiyevə göndərəcək. Onun sözlərinə görə, ABŞ Ukraynaya səkkiz belə sistem tədarük etmək niyyətindədir.
Çatdırılmaların Ukraynanın təhlükəsizliyinin təşviqi təşəbbüsünün bir hissəsi kimi həyata keçirilməsi planlaşdırılır ki, bu da ABŞ-ın müdafiə departamentinin istehsalçılarla müqavilələr bağlamasını nəzərdə tutur, avadanlığın birbaşa Pentaqonun anbarlarından verilməsini deyil.
Xəbər lenti
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar