Xəbər lenti
Sunak və həyat yoldaşının yüz milyonlarla sərvəti üzə çıxdı

Manevr.az xəbər verir ki, yeni baş nazirin həyat yoldaşı Akşat Murti Hindistan texnoloji nəhəngi “Infosys”in qurucusu və keçmiş rəhbəri Narayana Murtinin varisidir. İş adamı 4,5 milyard dollar sərvəti ilə “Forbes”in dünya reytinqində 553-cü yerdədir. Akşat atasının İT imperiyasında 430 milyon funt sterlinq (487 milyon dollar) dəyərində böyük paya sahibdir.
Sunak ailəsinin ümumi sərvəti isə təxminən 730 milyon funt-sterlinqdir (827 milyon dollar).
Cütlüyün İngiltərədə ən azı üç evi, həmçinin Santa Monikada (Kaliforniya, ABŞ) təxminən 6 milyon dollar dəyərində daşınmaz əmlakı var.
Rişi və Akşat adətən iş günlərini Londonun qərbindəki beş otaqlı evlərində keçirir, həftəsonu isə Şimali Yorkşirə səyahət edirlər və orada qapalı hovuzu, idman zalı, yoqa studiyası, isti vanna və tennis kortu olan 400 min funt-sterlinq dəyərində malikanədə yaşayırlar.
Müqayisə üçün Böyük Britaniya kralı III Çarlzın sərvəti təxminən 370 milyon funt sterlinq (419 milyon dollar) təşkil edir.
Beləliklə də, Sunak Böyük Britaniya kralından daha zəngin ilk baş nazir olacaq. (oxu.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar