Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
20-01-2025
BÜTÜN XƏBƏRLƏR

Amerikalı keşişin etdiyi hər kəsi ŞOKA SALDI: Kilsəyə ianə edilən 900 min dolları oğurladı və ...

Tarix: 23-10-2022 07:45     Baxış: 4193 A- / A+
 ABŞ-ın Luiziana ştatında tanınmış baptist keşiş 30 ildən artıqdır ki, kilsə, ,icma və məktəb üçün nəzərdə tutulan pulu mənimsədiyini etiraf edib.

Bu barədə "NBC News" kanalı məlumat yayıb.

Çarlz Sautholl adlı xristian rahib təxminən 900 min dollar oğurlamağı bacarıbmış.

Məlum olub ki, 2019-cu ildə Sautholl“kilsənin ehtiyacları üçün” bir ziyarətçidən 10 min dollar alıb və onu şəxsi hesabına köçürüb. Bundan əlavə, kilsə binasının təmiri üçün dörd il ərzində toplanılan 106 min 408 dollar da onun tərəfindən mənimsənilib.

Kilsə icması bir məktəb açmağı da planlaşdırırmış, bunun üçün Çarl Sautholla qrantlar və kreditlər ayrılıb. Ancaq heç bir təhsil müəssisəsi açılmayıb. Müstəntiqlər müəyyən ediblər ki, 2013-cü ildən 2017-ci ilə kimi həmin şəxsin bank hesabına 221.000 ABŞ dolları köçürülüb və bu məbləğ məktəbin tikintisi üçün nəzərdə tutulubmuş.

Pastor Çarlz Sautholl kilsənin balansında olan daşınmaz əmlakın icarəsindən əldə olunn 150 min dolları da ələ keçirib. Üstəlik məlum olub ki, kilsənin 500 min dollara yaxın əmlakının bir hissəsi satılıb və bu pul da keşişdən tapılıb. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar