Xəbər lenti
Dünya bu görüntülərdən danışır - Keçmiş lideri zaldan zorla çıxardılar - ŞƏKİL
Çin Kommunist Partiyasının dünən başa çatan Milli Konqresində qəribə anlar yaşanıb.
Çin Kommunist Partiyasının 20-ci Milli Konqresi dünən keçirilən bağlanış iclası ilə yekunlaşıb.
Keçmiş Çin prezidenti Hu Cintaonun rəsmilər tərəfindən qolundan tutularaq zaldan çıxarılması hər kəsin heyrətinə səbəb olub.
Mərkəzi Komitənin iclasında baş nazir Li Keçyanqın yeni siyahıya daxil edilməməsi diqqət çəkib. Li-dən başqa üç yüksək vəzifəli şəxs Mərkəzi Komitədən uzaqlaşdırılıb. Həmin şəxslərin yaşları ilə əlaqədar təqaüdə çıxacağı bildirilib.
Dünənki bağlanış iclasında keçmiş Çin prezidenti və baş katib Hu Cintao Xi Jinpingin çıxışından əvvəl qovulması böyük mübahisələrə səbəb olub.
Mühafizəçilərin onu müşayiət etmək cəhdi ilə kifayətlənməməsi də diqqət çəkib.
Qolundan tutan zabitlərə reaksiya verən Hu bir anlıq kreslosuna qayıdır və prezident Xiyə nəsə deyir. Bu əsnada zaldakıların çaşqın və təşviş dolu gözlərlə hadisəni izlədikləri görülür.
Çin siyasətində 30 ilə yaxındır tətbiq edilən yazılmamış qanunlara görə Milli Konqres keçirilən zaman icra başçısının 68 yaşı tamam olursa, yeni vəzifəyə təyin olunmaq və ya indiki vəzifəsini qoruyub saxlamaq mümkün deyil. Təqaüd limiti konqres tarixində indiyə qədər 69 yaşlı Xi üçün tətbiq olunmayıb.
Xinin adının Mərkəzi Komitə siyahısında olması Çin liderinin yenidən baş katib seçiləcəyindən xəbər verir.
Baş katib Xidən başqa siyahıda Daimi Komitənin üzvü, ÇKP-nin birinci katibi Vanq Huninq və Mərkəzi İntizam Nəzarət Komitəsinin sədri Cao Leçinin də adları var.sfera.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar