Xəbər lenti
Rusiya pasportları Avropada tanınmayacaq
Avropa Parlamenti Aİ Şurasının Rusiya Federasiyası tərəfindən işğal olunmuş Gürcüstan və Ukrayna ərazilərində verilmiş Rusiya pasportlarının tanınmaması ilə bağlı təşəbbüsünü dəstəkləyib.
Manevr.az xarici mtbuata istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin mətbuat xidməti məlumat yayıb.
Rusiya Federasiyasının Suxumi və Sxinvalidə verilmiş pasportları Aİ-yə viza üçün qəbul edilməyəcək.
Müvafiq qanunvericilikdə bu təklifə 540 lehinə, 6 əleyhinə və 36 deputat isə bitərəf qalmaqla səs veriblər və beləliklə, təklif təsdiq edilib.
Avropa Parlamenti xatırladır ki, Rusiyanın Ukraynanın Krım, Sevastopol, Donetsk, Luqansk, Xerson və Zaporojye bölgələrini ilhaq etməsi qanunsuzdur və eləcə də Rusiya Federasiyasının Gürcüstanın iki regionunun - Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaq qərarını pisləyib.
“Buna əsaslanaraq, Aİ-yə üzv dövlətlər və Avropa İqtisadi Birliyindəki müttəfiqlər artıq Rusiya tərəfindən bu regionlarda verilən sənədləri qəbul etməməlidirlər”, - məlumatda deyilir.
Təklifə əsasən, Avropa Komissiyasının Aİ-yə üzv dövlətlərlə məsləhətləşmələrindən sonra artıq qəbul edilməyəcək sənədlərin siyahısı tərtib olunacaq. Praktikada bu o deməkdir ki, işğal olunmuş ərazilərdə verilmiş Rusiya pasportlarının sahibləri Aİ-yə daxil olmaq üçün viza ala bilməyəcək və ya Aİ-nin xarici sərhədlərini keçməyə cəhd etdikdə geri qaytarılacaqlar.
Bildirək ki, indi Avropa Parlamenti və Aİ Şurası qanunvericilik aktının yekun formasını razılaşdırmalıdır. Hər iki orqan tərəfindən qəbul edildikdən sonra o, Aİ-nin Rəsmi Jurnalında dərc edildiyi gündən qüvvəyə minəcək./cebhe.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar