Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nüvə fəlakəti zamanı ən etibarlı yer haradır?

Tarix: 18-10-2022 09:12     Baxış: 3218 A- / A+

Mütəxəssislərin fikrincə, mümkün nüvə müharibəsi zamanı dünyada ən təhlükəsiz yer Qara dənizin yanındakı mağaradır.
Manevr.az xəbər verir ki, Rumıniyada yerləşən Movile mağarası 1986-cı ildə geoloq Kristian Lasku tərəfindən kəşf edilib.
5 milyon il yaşı olan mağaranın təbiəti milyonlarla ildir, dünyanın qalan hissəsindən təcrid olunub. Mağarada hava, su, istiik və rütubət hər zaman eynidir. Bu, canlıların yox olmasına imkan vermir, dolayısıyla, burada həyat məhv olmur.
Mütəxəssislərin fikrincə, mağaranın cəmi 50 metr dərinliyində və 240 metr uzunluğunda olması olduqca diqqətəlayiqdir. Çünki mağaranın bu xüsusiyyəti onu nüvə partlayışından və radioaktivlikdən qoruyacaq.
Beləliklə, mümkün nüvə qiyaməti ssenarisində bu mağara dünyanın xilası üçün B planı ola bilərmi? Türkiyəli professor Niyazi Meriçin fikrincə, bu mümkündür. Meriç bu cür düşünmə səbəbini açıqlayıb: “Nüvə silahı çöldə partlayanda 4 min dərəcəyə çatan bir temperatur olacaq. Sonra bu, ətrafı tamamilə yandıracaq və daha sonra nüvə tullantıları görünəcək. Müəyyən bir müddət ərzində özünüzü qoruya bilsəniz, zamanla onlardan xilas ola bilərsiniz”.
Professor əlavə edib ki, xüsusilə ABŞ-dakı zəngin insanlar bu cür vəziyyətlər üçün yer altında sığınacaqlar qururlar.
O həmçinin qeyd edib ki, nüvə fəlakəti dünyadakı bütün insanları yox edə bilməz:
“Hamını öldürməsi mümkün deyil. Dünyada 13 min ədəd nüvə silahı var. Hamısı partladılsa belə, dünyadakı bütün insanları məhv edə
bilməz”.(oxu.az)

Manevr.az 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar