Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ukraynanın 2 seçimi: Nüvə müharibəsi yoxsa danışıqlar?

Tarix: 16-10-2022 18:17     Baxış: 3247 A- / A+
Ukraynanın 2 seçimi: Nüvə müharibəsi yoxsa  danışıqlar? 
"Rusiyanın "Xüsusi əməliyyat" adlandırdığı kampaniyanın uzunmüddətli olacağı inandırıcı hal almağa başlayıb. Ukrayna özü də anlayır ki, bu proseslərdə Rusiyanın potensial imkanları daha çoxdur". 

Bu sözləri modern.az-a Rusiya və Ukrayna müharibəsinin yeni mərhələsi, proseslərin bundan sonrakı gedişatı haqqında danışarkən politoloq Tofiq Abbasov deyib. O qeyd edib ki, Ukrayna indi daha çox xaricdən gələn yardımlara gözünü dikib: 
 
"Bu təbiidir. Çünki iki ölkənin göstəriciləri tamamilə fərqlidir. Ukraynanın nəhəng Rusiya qarşısında imkanları tükənir. Ona görə Ukrayna prezidenti Volodimir Zelenski intensiv şəkildə xaricdən kömək və siyasi dəstək umduğunu göstərməyə çalışır. 
 
Krım körpüsünün dağıdılması ilə gördük ki, Rusiyanın ehtiyat variantları var. Ukrayna üçün bu proseslər mövqe davalarından keçsə belə yenə də Rusiyanın üstünlüyü daha çox olacaq. 
 
Təsadüfi deyil ki, Qərb dövlətlərinin rəhbərləri Ukraynanı danışıqlara cəlb etməyə, hətta təkid etməyə davam edirlər. Artıq Ukraynaya yardımları da yavaş-yavaş azaldırlar. Qərb anlayır ki, sonda Rusiya ilə dialoq formatına keçməli olacaq. Bəri başdan özləri üçün çıxış yeri qoymağa, qərbin özünün xeyrinə nəticələnəcək addımlar atmağa çalışırlar. 
 
Mən belə anlayıram ki, Ukrayna danışıqlara getməli olacaq. Ukrayna gərək Qərb dövlətlərinin verdiyi rekomendasiyaları götür qoy etsin və anlasın ki, prosesin uzanması onun xeyrinə olmayacaq. 
 
Müharibədən sonra Avropa qitəsində yeni düzən yaranacaq. Həm Avropa İttifaqı, həm də aparıcı dövlətlər Rusiya ilə dialoqlarını yeni sistemə oturtmağa çalışacaqlar. Bununla bərabər, Ukraynanın daxilində də prosesin uzanmasının ziyan gətirəcəyini anlayan qüvvələr var. Rəsmi Kiev gərək çox gec olmadan bir qərara gəlsin. Əgər belə olmasa, Ukrayna itirəcək. Hətta Amerika və Avropa da Rusiya ilə güc dilində danışmağın mümkünsüz olduğunu başa düşür".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar