Xəbər lenti
Paris qarışdı: fransızlar Makronu istefaya çağırır

“RİA Novosti” xəbər verir ki, nümayiş Jan-Lük Melenşonun solçu “Tabe olmayan Fransa” partiyası, “Avropa-Ekologiya-Yaşıllar” partiyası, Sosialist Partiyası, eləcə də bir sıra həmkarlar ittifaqı və assosiasiyalarının çağırışı ilə keçirilir.
Aksiya yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 17:00) başlayıb. Polis aksiya iştirakçılarına qarşı barrikadalar qurub.
Nümayişçilər əmək haqlarının və sosial müavinətlərin artırılmasını, elektrik enerjisinin qiymətlərinin dondurulmasını, izafi mənfəətdən verginin tətbiqini və ekoloji layihələrə sərmayə qoyulmasını tələb edirlər. Onlar yanacağın və ərzaq qiymətlərinin artmasına, həmçinin pensiya yaşının artırılmasına qarşıdırlar. Aksiya iştirakçıları prezident Makronun istefasını tələb edirlər.
Digər məsələlərlə yanaşı, orada olanlar Parisin Ukraynaya hərbi yardımı artırmasından narazılıqlarını ifadə ediblər.
Ötən şənbə günü minlərlə insan Parisdə Fransa prezidenti Emmanuel Makronun istefası tələbi ilə keçirilən böyük nümayişdə iştirak edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar