Xəbər lenti
Milyonlarla insan aclığa məruz qalacaq – FAO

2050-ci ilə qədər iqlim dəyişikliyinin milyonlarla insan üçün aclıq, balanssız qidalanma və yoxsulluq riski yaradacağı gözlənilir.
Manevr.az xəbər verir ki, bu barədə mərkəzi qərargahı Romada yerləşən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.
FAO-ya görə, 2022-ci il bir çox qlobal çağırışlar ili olacaq. Ərzaq qiymətlərinin artması həssas ölkələri böhrana sürükləyir, hər gün 30 mindən çox insan münaqişə və təqiblər səbəbindən evlərini tərk etmək məcburiyyətində qalır. 2021-ci ildə yüksək ərzaq çatışmazlığı ilə üzləşən təxminən 193 milyon insan sağ qalmaq üçün humanitar dəstəyə ehtiyac duyur. Onların yarım milyondan çoxu aclıq və ölüm kimi fəlakətlərlə üzləşib. Kəskin qida çatışmazlığından əziyyət çəkənlərin üçdəikisini fermerlər təşkil edir. Dünya əhalisinin demək olar ki, 40 faizinə bərabər olan 3,1 milyard insan sağlam qidalanmaq imkanına malik deyil.
BMT-nin Baş katibi Antonio Quterreş FAO-ya göndərdiyi videomüraciətdə aclıqdan əziyyət çəkən insanların sayının xüsusilə son 3 ildə nəzərəçarpacaq dərəcədə artdığını bildirib. O, COVID-19 pandemiyası, iqlim böhranı, ətraf mühitin deqradasiyası, münaqişələr və dərinləşən bərabərsizliklərin həssas cəmiyyətlərə daha da mənfi təsir göstərdiyini deyib.
Qeyd edək ki, hər il oktyabrın 16-sı Dünya Ərzaq Günü kimi qeyd olunur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar