ABŞ-ın Arizona ştatında yerləşən “Alcor Life Extension Foundation” adlı qurum ölümdən sonra həyata qaytarılmaq istəyənlərə xidmət edir.
ABŞ və Kanadadan kənardan gələn cəsədlər üçün qiymətlərdən əlavə daha 10 min dollar fərq alınır.
Bu mərkəzdəki laboratoriyada 200-ə yaxın insanın cəsədi nəhəng silindrlərdə saxlanılır. Heç kəsin həyata qaytarılacağına zəmanət verilmir. Lakin onların bədənləri parçalanmadan qorunub saxlanılır.
Cəsədlər dondurulmazdan əvvəl buz vannasına qoyulur və bədənlərindən qan və mayelər çıxarılır.
Uşaq və körpə kimi bəzi insanların cəsədləri ailələrinin istəyi ilə burada dondurulur. Bu prosesi 1967-ci ildən tətbiq olunur. Cəsədlər xüsusi soyutma prosesləri olan bir boruya yerləşdirilir. İnsanların qanı və mayeləri kristallaşmaması üçün boşaldılır.
Daha sonra onların bədənlərinə orqan qoruyucu kimyəvi qarışıq yeridilir. Cəsədlər 135 dərəcə şaxtada azotla doldurulmuş silindrlərə yerləşdirilir. Bəzi ekspertlər bu prosesin qeyri-etik olduğunu iddia edərək, bunun ümid alverçiliyi olduğunu düşünür.ölkə.az