Xəbər lenti
Ukrayna ilk dəfə Rusiya ərazisini ABŞ raketlərilə VURDU
Ukrayna Silahlı Qüvvələri ilk dəfə olaraq Rusiyanın Belqorod vilayətini ABŞ-ın tədarük etdiyi "AGM-88 HARM" antiradar raketləri ilə vurub.Bu barədə “Military Informant” Telegram kanalı məlumat yayıb .
Kanalın müəllifləri qeyd edirlər ki, yerli sakinlər tərəfindən sosial şəbəkələrdə yayılan və Amerika raketinin qalıqlarının əks olunduğu fotoşəkillərdə AGM-88 HARM üçün xarakterik olan BSU-59/B işarələnməsini görmək olar.
"Bu insident bizə bir daha nümayiş etdirir ki, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə zərbələr endirmək üçün Qərb silahlarından istifadəni heç də məhdudlaşdırmır", - məlumatda deyilir.
Ümumilikdə oktyabrın 12-də Ukrayna Silahlı Qüvvələri Belqorod vilayəti ərazisinə 100-dən çox raket atıb.
Qeyd olunur ki, təxminən 6 aya yaxındır ki, Rusiya sərhəd bölgəsi ərazisinə belə intensiv hücumlar olmayıb.
Rusiya hava hücumundan müdafiə sistemləri (ADS) bütün raketləri vurub, heç kim xəsarət almayıb. publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































