Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Lavrov: “KTMT Ermənistana müşahidəçilər göndərməyə hazırdır”

Tarix: 12-10-2022 18:25     Baxış: 3342 A- / A+



“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistana müşahidəçilər göndərməyə hazırdır, bunun üçün Kollektiv Təhlükəsizlik Şurasının qərar verməsi lazımdır”.
Manevr.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Ermənistan KTMT-nin növbədənkənar sammitini çağırmağı xahiş etdikdən dərhal sonra bu zirvə baş tutub və KTMT-nin baş katibinin, Birləşmiş Qərargah rəisinin Ermənistana göndərilməsi barədə qərar qəbul edilib. Onlar Ermənistana səfər etdilər və Ermənistanın tövsiyələrini təşkilata çatdırdılar. Bu tövsiyələr bir aydan çoxdur ki, bizdədir. Bu tövsiyələr Ermənistan ərazisinə, Azərbaycanla sərhədə KTMT müşahidəçilərinin monitorinq missiyasının göndərilməsindən ibarətdir”, - Sergey Lavrov bildirib.
O vurğulayıb ki, tələb olunan yeganə məsələ KTMT sədri tərəfindən çağırılmalı olan Kollektiv Təhlükəsizlik Şurasının qərar verməsidir.

Lavrov Mirzoyanla danışıqlarda Avropa liderlərinin son təmasları nəzərə alınmaqla, Ermənistanla Azərbaycan arasında münasibətlərə nəzər yetirməyi təklif edib./teleqraf.com

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar