Xəbər lenti
Samvel Babayandan Şuşa döyüşləri barədə etiraflar :“3 gün ərzində 500-600 nəfər öldü”
Bunu Ermənistanın İctimai Televiziyasına müsahibəsində Qarabağdakı separatçı-terrorçuların keçmiş “komandanı” Samvel Babayan deyib.
Şuşanın Azərbaycan ordusu tərəfindən azad olunmasından danışan Babayan bildirib:
“Təhlükəsizlik Şurasının iclasında dedim: ya Rusiya bizə silah verir, ya da biz heç nəyə imza atmırıq, Qarabağı tərk edirik. Dedim heç nəyə imza atma! Dediniz ki, Azərbaycan qalib gəldi, yox, 50/50 idi. Televiziyadan bilsəm ki, Təhlükəsizlik Şurasının katibi, prezident imzalayıb, onda mənim qalmağıma nə ehtiyac var? Hər şeyi izah etdim: harada, nə etməli. Təəssüf ki, ifaçıların beyni sıfır idi”. S.Babayan ardınca itkilərdən bəhs edib və konkret rəqəmlər açıqlayıb: “Azərbaycanlılar Şuşaya noyabrın 4-5-dən daxil olublar, 5-6-dan girdiklərini desələr də, əslində 4-5 olub. Dedim ki, Sığnaqa yolu kəsib onların problemini həll etmək lazımdır. Amma məni dinləmədilər, təklif etdiyimi etmədilər. Həmin mərhələdə komandir əvəzi dedi: yaxşı, bu, Samvel Babayanın işidir, bununla məşğul olmaq istəyir, bu bizim işimiz deyil, mən nə etdiyimi bilirəm. Nəticədə 3 gün ərzində 500-600 nəfər öldü”.
S.Babayanın sözlərinə görə, onun bütün ifadələri əsasında araşdırmalar aparılır və özü iş üzrə şahiddir: “Bütün iştirakçılar gedib ifadə verirlər. Kimin gəldiyini bilirəm, çox pis vəziyyətdədirlər. Məndən soruşurlar, mən hər şeyin necə baş verdiyini təsvir edirəm, sonra bu adamları çağırırlar, məlum olur ki, mənim sözlərim realdır, başqalarının dedikləri doğru deyil”. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar