Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kremlin öldürdükləri "DİRİLİR" - Rusiyadan intihara bərabər QƏRAR

Tarix: 10-10-2022 17:06     Baxış: 4286 A- / A+




Krım körpüsünün partladılması Rusiya-Ukrayna müharibəsinin yeni mərhələyə, savaşın daha ağır dönəmə daxil olacağının "müjdəsi" idi.
Ötən həftənin şənbə günü baş verən partlayış nəticəsində Rusiyanı Krım yarımadasına birləşdirən körpünün əhəmiyyətli hissəsi (Körpünün avtomobil yolu hissəsinin iki parçası dağılıb, bir hissə suya düşüb, dəmiryol da zədələnib.) yararsız hala salındı. 
Krım körpüsünün partladılacağına dair müxtəlif versiyalar səsləndirilir. Hətta NATO-nun Avropa Ordusunun keçmiş komandanı, general Filip Bridlav bir müddət öncə Kerç boğazından keçən Krım körpüsünə hücum edilə bilcəyini qeyd etmişdi.

Rusiyanın bugünkü raket hücumunun konkret səbəbi Krım körpüsü kimi mühüm siyasi simvola çevrilmiş nəhəng konstruksiyanın və Rusiyanın Ukraynanın cənubunda qurduğu strateji logistikasının vurulması birbaşa Putin xarizmasının cızılması və onun bütün dünyanın gözü önündə rəzil duruma düşməsinə hesablanması ilə əlaqədardır. Putinin buna bütün dünyanın görəcəyi və danışacağı bir cavab verəcəyini yaxşı anlayan tərəflər belə bir ssenarini işə saldılar.
Əslində Krım partlayışı olmasaydı da, ruslar bu taktikadan istifadə edəcəkdi, çünki yeni ilhaqdan sonra tutduqları ərazilərdə möhkəmlənmək lazım idi və Ukrayna ordusunu bu yolla dayandıra biləcəklərini düşündükləri istisna edilmirdi.

Lakin Krım körpüsünün Kreml rəhbərliyinin nüvə şantajından və Rusiya Prezidenti Vladimir Putinin 70 illik yubileyində partladılması xüsusilə diqqət çəkdi. Müharibənin davam etdiyi bir vaxtda bu partlayışda Ukrayna izi mübahisəsiz və inandırıcıdırsa, onun Ukrayna tərəfindən təkbaşına və rəsmi Kiyevin öz imkanları daxilində partladıldığı da bir o qədər inandırıcı səslənmir.
Nəzərə alsaq ki, rəsmi Vaşinqton Ukrayna müharibəsində birbaşa iştirakçı olmasa da pərdəarxasında prosesə aktiv şəkildə müdaxilə edən ölkələrdən biridir və Rusiyanın çökməsində ən maraqlı güclər sırasında birincilərdən hesab olunur, o zaman bu partlayışda ABŞ-ın əlinin olduğu istisna deyil. 
Bu iddianı qüvvətləndirən bir məqam diqqətdən yayına bilməz. Belə ki, ABŞ-ın Müharibənin Araşdırılması İnstitutu belə bir bəyanat yayıb: "Rusiya Ukraynanın yaşayış mərkəzlərinə, kritik infrastrukturlarına hücumlarını genişləndirsə və ya Putin Ukraynaya qarşı taktiki nüvə silahından istifadə etsə bu Qərbin sərt reaksiyasına səbəb ola bilər".


Görünür Putinin əsəri hesab edilən Krım körpüsünün vurulmasına Ruisyadan veriləcək reaksiya aparıcı beyin mərkəzləri tərəfindən çox düzgün təhlil edilərək belə bir addımın atılmasına qərar verilib. Biz nəticədə nəyin şahidi olduq?! Rusiya Putinin ad günüdə Krım körpüsündəki atəşfəşanlıq "hədiyyəsi"nə cavab olaraq müharibə başlayandan gündən bəri ilk dəfədir ki, paytaxt Kiyevin mərkəzinə raket-bomba zərbələri endirir, şəhər mərkəzi mərkəz bombalanır.
Buradan belə nəticə çıxır ki, ABŞ-ın Müharibənin Araşdırılması İnstitutu da çox yaxşı bilirdi ki, əgər Kremlin ən həssas yerinə, ən "əlamətdar" tarixdə zərbə endirilərsə, Rusiya bunun qisasını artıqlaması ilə çıxmaq üçün adekvat tədbirlər görəcək. Və bununla da rəsmi Vaşinqton indiki halda Rusiya-Ukrayna müharibəsinin uzanmasında maraqlı olduğunu növbəti dəfə təsdiqləmiş oldu. Odur ki, vaxtaşırı Krım körpüsünün partladılması kimi hadisələrin təkrarlanması Rusiya tam gücdən düşmək üçün artıq daha real görünür. 
Aleksandr Lukaşenko ilə Putinin birgə regional qoşunlar qrupunun yerləşdirilməsi barədə razılığa gəlmələri Kremlin səfərbərlik qərarından sonra toparlanmaq, ayaqda qalmaq üçün bəlkə də sonuncu şansıdır.
Belə aydın olur ki, artıq Lukaşenko rusiyalı həmkarı Vladimir Putinin təzyiqlərinə tab gətirməyərək Ukraynaya qarşı müharibəyə qoşulmağa hazırlaşır. Belarus liderinin iddiasına görə guya Ukrayna ərazisindən Belarusa zərbə endirilməsi planlaşdırır. Əslinə qalsa bu iddia müharibədə Rusiyaya qoşulmaq üçün bəhanəyə daha çox bənzəyə bilər.

Amma Ukraynanın Belarusla sərhədin minalanmasını həyata keçirməsi ilə bağlı gördüyü tədbirlər Kiyevin Minskin bu savaşla bağlı qərarlarına əl-qolunu yanına salıb izləmək niyyətində olmadığını göstərir. Nəzərə alsaq ki, Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirir və dəmir yollarından istifadə edirdi, o zaman Kiyevin Minskdən hesab sormaq üçün zaman arayacaqları gözləniləndir.
Əgər ABŞ müharibənin vaxtını uzatmaqla Rusiyanı çıxılmaz bataqlığa sürükləməkdə qərarlıdırsa, Kreml belə bir məqamda eskalasiyanı mümkün olduğu qədər artırmaqla dünyanı qorxudub, siyasi nəticə əldə etmək istəyində kimi görünür. Beləcə, nəinki böyük hücum əməliyyatları keçirmək, hətta effektiv müdafiə olunmaq imkanlarını da itirən Rusiya indiki məqamda nəticə etibarı ilə Ukrayna və ona dəstək verən Qərblə bir masa ətrafında oturmaqla, Moskvanın tələblərinin heçolmasa bir qisminin yerinə yetirilməsi şərti ilə savaşın dayandırılmasını hədəfləyir.

Amma dinc əhalinin yaşadığı ərazilərin bombalanması kimi əməllər Ukrayna xalqının və ordusunun mübarizə əzmini qıracaq kimi görünmür. Əslində Kremlin belə bir əmri ABŞ-ın planlarının həyata keçməsinə kömək etmiş olur. Çünki Ukraynaya qarşı bu cür hücumlar artdığı təqdirdə müttəfiqlərin bu ölkəyə daha ciddi silah sistemləri göndərməsi halları da artacaq ki, nəticə etibarı ilə yenidən meydanda çarəsiz durumla üz-üzə qalan rus əsgəri olacaq.milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar