Xəbər lenti
Ermənistanda keçmiş nazirin 210 obyekti aşkarlanıb

Bu barədə Ermənistanın Baş Prokurorluğundan bildirilib.
Keçmiş nazirin obyektlərindən 60-ı paytaxt İrəvanda yerləşir.
Prokurorluq hesab edir ki, Q.Xaçatryanın və ona bağlı olan şəxslərin əmlakı müsadirə olunmalıdır. Bundan əlavə, prokurorluq 14 avtomobilin və 40 milyard dramdan çox pulun (99 milyon 441 min dollar) müsadirə edilməsi tələbini də irəli sürüb.
Xatırladaq ki, Q.Xaçatryan və oğulları Ermənistanın Cinayət Məcəlləsini pozaraq rüşvət almaqda ittiham olunurlar. Q.Xaçatryan əhəmiyyətli vəzifələrinə görə "super nazir" kimi tanınır. O, 2008-2014-cü illərdə Dövlət Gəlirləri Komitəsinin sədri, 2014-cü ildən 2016-cı ilə qədər isə maliyyə naziri vəzifələrində çalışıb. Sabiq məmur 2019-cu ilin 30 avqustunda həbs edilib. O, külli miqdarda dövlət vəsaitini mənimsəməkdə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur.
Q.Xaçatryan S.Sarkisyanın (2008-2018-ci illər) komandasının əsas siyasi fiqurlarından olub. report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar